Bınə qəsəbəsində sakinlər on kilometr yolu piyada gedib gəlirlər
Tarix: 1-02-2023, 22:23
Baxılıb: 2 493
Google+ Paylaş
Tumblr Paylaş

Bınə qəsəbəsində sakinlər on kilometr yolu piyada gedib gəlirlər

1-02-2023, 22:23

Binə qəsəbəsi Xəzər rayon inzibati ərazisində yerləşən ən böyük qəsəbələrdən biridir.Vaxtilə bu qəsəbə Nardaranlıların otlaq, əkin sahələri olub.Bu gün qəsəbədə cənub bölgəsindən gələn vətəndaşların sayı üstünlük təşkil edir.İş tapa bilməyən kənd sakinləri kütləvi surətdə şəhərə axın edirlər.
Bəzi mənbələrə görə  Binə qəsəbəsində 150 mindən çox əhali yaşayır.
Bakının Koroğlu metrosundan Binə qəsəbəsinə ( sovxoz istiqamətə) 160 saylı avtobus işləyir.
Binənin mərkəzindən Bolluq ərazisinə isə  182 saylı mikro avtobuslar bu günə qədər işləyirdi.
Bir ay əvvəl eşitdim ki,  bütün xırda avtobusları polis şöbəsinin həyətinə salınaraq  sürücülərdən əlavə  haqq tələb ediblər.
Bunu avtobus gözləyən sakinlər danışırdı.
Sonra avtobus sahibləri ilə razılaşıb qazel avtobuslarını yenidən xəttə buraxdılar.
Onu da qeyd edim ki Binənin mərkəzi bazarından Bolluq ərazisinin axırıncı dayanacağına qədər məsafə  8-10 kilometrdir.
Bu günlərdə marşrut avtobuslarını yenidən yığışdırdılar.
Camaat Bolluqdan Binə bazarına- mərkəzə qədər uzaq yolu  piyada gedib gəlirlər.
Hətra bu uzaq məsafəni şagirdlər də  117 saylı məktəbə  piyada gedib gəlirlər.
Ayının oyun məsələsi yadıma düşdü.
Hətta belə bir şaiyə də yayıldı ki güya  bu marşrut avtobuslarından  biri  məktəbə gedən bir şagirdin ayaq barmaqlarını bastaladığı üçün bütün avtobusları polis idarəsinə yığaraq marşrutu ləğv ediblər.
Başqa bir mənbə isə bildirdi ki, həmin kiçik tutumlu qazellərin yerinə nisbətən böyük avtobuslar tezliklə xəttə buraxılacaqdır.
Amma bu marşrut xətti Rizvan Məmmədhüseynov küçəsindən yox, bir az aralıdakı paralel küçə olan Vaqif küçəsindən keçib Bənövşə şadlıq evi istiqamətindən Bolluğun axırıncı dayanacağına qədər gedəcək.Təki işləsin.
Amma burda bir əmmamə ortaya çıxdı.
Tarif şurası  məsafədən asılı olaraq avtobuslarda  gediş qiymətlərini   qaldırdı.
Tarif şurası millətə sanki qənim kəsilib.Əlac qalıb piyada gedib gəlməyə.
Həkimlər də deyir ki, piyada gəzməyin cana xeyiri var.
Onsuz da camaat iş tapa bilmir.Güya iş varki?
Odur ki piyada gəzməyin həm cana, həm də cibə xeyiri var.
Yəqin ki, əlaqədar təşkilatlar, xüsusilə Xəzər rayon icra hakimiyyəti rəhbərləri, nəqliyyat agentliyi bu özbaşınalıqlara carə tapıb sakinləri  bir daha  incitməyəcəklər.
Amma rayon rəhbərləri  söz veriblər ki, dəvənin quyruğu yerə dəyəndə kanalizasiya sistemləri çəkiləcək, yollar asfaltlaşacaq, yeni iş yerləri açılacaq , marşrut avtobusları şıdırğı işləyəcəkdir.
Milli Məclis də qərar çıxardacaq ki, əlillərin, şəhid ailələrinin, müharibə veteranlarının  avtobus və metrolardan istifadəsi güzəştli   olacaqdır.Bütün bunları rüşvətxor məmurlardan tutulan pulların bir qisminin hesabına həll etmək olar.  
Mövzuya qayıdacağıq.
Rauf İlyasoğlu.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ