Güllə yağırdı evlərdə, kuçələrdə, bağçalarda,
Qan içinə boyanmışdı xonçalar da, xalçalar da.
Yerdə qalıb çabalayan bədənsiz o qol, əl, qılça,
Saralmış o cəsədlər də qalaq- qalaq, parça-parça
Göydən zülm ələnirdi, yerdən alov- od çıxırdı,
Şəhidlərin naləsindən şimşəklər də hey çaxırdı.
Paralandı qocalar da, cavanlar da, şaqqa- şaqqa,
Törətdilər ermənilər bir faciə, gör nə hoqqa?
Qərənfillər dilə gəlib fəryad edirdi o anlar,
Qarışmışdı yağan qara,
al -:qırmızı qara qanlar.
Qorxmaz,igid şəhidlərim, çəkmədi bir dəfə də ah,
Kimlər idi cinayəti törədənlər, aman Allah!
Vəhşiləşmiş rus ordusu susamışdı türk qanına,
Qorbaçovlar, Bakatinlər qıydı xalqımın canına.
Əmri icra edən nazir Dimitri Yazov cəlladdır,
Rauf, xalqın düşmənlərin gələcək nəsilə çatdır!
Unutmayın o gecəni, şəhidləri görən şahid!
Xalqın qürur mənbəyidir,
anılacaq hər bir şəhid.
Şəhidlərim yaşayacaq, qəlbimizdən solmayacaq,
İnanın ki, günahkarlar heç cəzasız qalmayacaq.
Rauf İlyasoğlu ,
" Könül duyğularım" kitabı səhifə 32.
2014 -cü il.

Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu
Xırdalanda yaşayış binasında yanğın başlayıb
ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı