İlin sonunadək sülh müqaviləsi İMZALANA BİLƏR-RUSİYA XİN
Tarix: 12-12-2023, 21:37
Baxılıb: 3 571
Google+ Paylaş
Tumblr Paylaş

İlin sonunadək sülh müqaviləsi İMZALANA BİLƏR-RUSİYA XİN

12-12-2023, 21:37

“Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzalamaq şansı həmişə var”.
Bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anım günü ilə bağlı keçirilmiş qəbulda deyib.
“Amma Ermənistan və Azərbaycanın bundan istifadə edib-etməyəcəyini bilmirəm”, - o əlavə edib.
Bununla yanaşı, Qaluzin Sankt-Peterburqda MDB-nin qeyri-rəsmi sammitində Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüşünün perspektivlərini şərh etməkdən yayınıb.
“Diplomat kimi mən hələ də proqnoz verməkdən çəkinməyə üstünlük verərdim”, - o söyləyib.
Rusiya XİN rəhbərinin müavini, həmçinin Ermənistanın baş naziri Nikol Paşinyanın MDB liderlərinin Sankt-Peterburqda keçiriləcək qeyri-rəsmi sammitində iştirakı perspektivlərini şərh edib.
“Rusiya bütün MDB liderlərinə Sankt-Peterburqda keçiriləcək qeyri-rəsmi sammitə dəvət göndərib və onların reaksiyasını gözləyir”, - deyə o bəyan edibTASS
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ