Ali məktəblərə qəbul imtahanlarında keçid ballarındakı dəyişikliklər ola bilər.
AvroMedia.az milli.az-a istinadən xəbər verir ki, müəyyən ixtisaslarda qəbul balları artacağı gözlənilir.
Təhsil eksperti Elçin Əfəndinin açıqlamasına görə, bu il Ali məktəblərə qəbul olmaq istəyənlərin sayı çox olduğuna görə rəqabət daha da güclənəcək.Ekspert qeyd edib ki, artım gözlənilən ixtisalar bunlardır:
“1-ci ixtisas qrupunda informasiya təhlükəsizliyi, informasiya texnologiyaları, yeni yaradılmış proqram təminatı mühəndisliyi, o cümlədən süni intellekt istiqaməti üzrə ixtisaslar. Həmçinin 2-ci ixtisas qrupunda maliyyə, Beynəlxalq ticarət və Logistika iqtisadiyyat ixtisasları, 3-cü ixtisas qrupunda hüquqşünaslıq, Dövlət və ictimai münasibətlər, erməni, ispan, Koreya, Çin, yapon dili tərcümələri, pararlel olaraq ingilis dili tədrisi ilə xarici dil müəllimliyi.Bundan əlavə, ingiliscə tədris olunan stomatologiya, biotexnologiya, psixologiya ixtisaslarında da artım gözləyirik.
5-ci ixtisas qrupunda isə dizayn, təsviri incəsənət, fiziki tərbiyə müəllimliyi – bunlarda azı 3-5 bal, hətta daha çox artım ol bilər.Bundan başqa, regionşünaslıq, həmçinin rus dili üzrə tərcümə, aqrar yönümlü ixtisaslar, biznesin idarə edilməsi, turizm üzrə ixtisaslar, muzeylə bağlı, din və İslamşünaslıq, bağçılıq-tərəvəzçilik, baytarlıq və ekologiya üzrə qəbul ballarında azalma müşahidə olunacaq.
Həmçinin 4-cü ixtisas qrupunda da azalma ola bilər. Buna səbəb isə Qarabağ Universitetinin plan yerlərinin açılmasıdır.

“Bir tacir qızının xatirəsinə” – Gülüstan türbəsinin unudulmuş hekayəsi
Qurban Qurbanov Allahverdi Bağırovun məzarını ziyarət etdi.
Bu universitetdə təhsil haqqı 2000 manat
Minifutbol üzrə ikiqat Avropa çempionu olan Azərbaycan millisi Vətənə qayıtdı
Yağıntılı hava şəraiti nə vaxtadək davam edəcək?
"Doğuş evi dağıdıb-tökməsin, başqa heç nə istəmirəm"
Su təsərrüfatı və meliorasiya işçiləri təltif edilib
Mehriban Əliyeva Azərbaycan millisini təbrik etdi