“Bu il ali təhsil müəssisələrinə qəbul olmaq üçün qeydiyyatdan keçən abituriyentlərin sayı 130 mindən artıqdır. Ötən illə müqayisədə ərizələrin sayında təqribən 12 min artım var”.
AvroMedia.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, bu, ilk növbədə 2025-ci ildə məzun olan abituriyentlərin sayının çoxluğu ilə bağlıdır.
M.Abbaszadə əlavə edib ki, bu il buraxılış imtahanlarında 116 mindən çox şagird iştirak edib: “Bu həftəsonu keçiriləcək II və III ixtisas qrupları üzrə qəbul imtahanlarında 54 246, iyunun 1-də keçiriləcək I və IV ixtisas qrupları üzrə imtahanlarda isə 37 692 abituriyentin iştirakı nəzərdə tutulur. Bu mərhələdə də ötən illə müqayisədə təqribən 7 mindən çox imtahan iştirakçısı var”.

“Bir tacir qızının xatirəsinə” – Gülüstan türbəsinin unudulmuş hekayəsi
Qurban Qurbanov Allahverdi Bağırovun məzarını ziyarət etdi.
Bu universitetdə təhsil haqqı 2000 manat
Minifutbol üzrə ikiqat Avropa çempionu olan Azərbaycan millisi Vətənə qayıtdı
Yağıntılı hava şəraiti nə vaxtadək davam edəcək?
"Doğuş evi dağıdıb-tökməsin, başqa heç nə istəmirəm"
Su təsərrüfatı və meliorasiya işçiləri təltif edilib
Mehriban Əliyeva Azərbaycan millisini təbrik etdi