Mayın 17-də paytaxtdakı ümumi təhsil müəssisələrinin IV sinifləri üzrə monitorinq imtahanı keçirilib. İmtahan Bakıda yerləşən 8 nömrəli tam orta məktəbdə təşkil olunub, lakin bu, valideynlər arasında narazılığa səbəb olub.
AvroMedia.az xəbər verir ki, məktəblilərin valideynləri şagirdlərin saat 09:00-da imtahana başlamasına baxmayaraq, imtahan vərəqələrinin onlara 3-4 saat sonra verildiyini bildiriblər.
Valideynlərin iddialarına görə, imtahanın 150 dəqiqə davam etməsi gözlənilsə də, şagirdlər 4-5 saat məktəbdən buraxılmayıb. Bu zaman məktəbin qarşısında gözləyən valideynlər narahatlıq hissi keçirərək, övladlarının dərhal buraxılmasını tələb ediblər. Nəticədə, uşaqlar göz yaşları ilə məktəb binasından çıxıblar.
Məsələ ilə bağlı Bakı Şəhər Təhsil İdarəsindən bildirilib ki, 4-cü sinif şagirdləri üçün keçirilən monitorinq zamanı bir imtahan mərkəzində texniki məsələlərlə bağlı problem yaranıb:
“Bununla bağlı operativ tədbirlər görülüb. Uşaqlara optimal vaxt ərzində biliklərini nümayiş etdirmək üçün müvafiq vaxtın verilməsi təmin olunub. Monitorinq şəffaf şəkildə keçirilib və heç bir əlavə ajiotaj yaranmayıb”, – deyə qurumdan bildirilib.

“Bir tacir qızının xatirəsinə” – Gülüstan türbəsinin unudulmuş hekayəsi
Qurban Qurbanov Allahverdi Bağırovun məzarını ziyarət etdi.
Bu universitetdə təhsil haqqı 2000 manat
Minifutbol üzrə ikiqat Avropa çempionu olan Azərbaycan millisi Vətənə qayıtdı
Yağıntılı hava şəraiti nə vaxtadək davam edəcək?
"Doğuş evi dağıdıb-tökməsin, başqa heç nə istəmirəm"
Su təsərrüfatı və meliorasiya işçiləri təltif edilib
Mehriban Əliyeva Azərbaycan millisini təbrik etdi