ABŞ administriyası İrandan təhlükə gəldiyini düşündüyü müddətdə bu ölkəyə qarşı güc tətbiqini davam etdirəcəyini bəyan edib.
AvroMedia.az xəbər verir ki, bu barədə ABŞ administrasiyasının dərc etdiyi Terrorla Mübarizə Strategiyasında bildirilib.
Sənəddə qeyd olunub ki, Vaşinqtonun “qətiyyətli addımlar” adlandırdığı tədbirlər, o cümlədən 2020-ci ildə İran İslam İnqilabı Keşikçiləri Korpusunun “Əl-Qüds” xüsusi təyinatlı qüvvələrinin komandanı general Qasım Süleymaninin öldürülməsi, ötən ilin iyununda İranın nüvə obyektlərinə endirilən zərbələr və İrana qarşı müharibə Tehran ABŞ üçün təhlükə yaratmağı dayandırana qədər davam edəcək.
Strategiyada həmçinin ABŞ-nin İranın proksi qüvvələrinə qarşı kəşfiyyat, kiber və hərbi əməliyyatları davam etdirəcəyi vurğulanıb.
Qeyd edək ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlamışdı. Aprelin 7-də ABŞ Prezidenti Donald Tramp tərəflər arasında iki həftəlik qarşılıqlı atəşkəs elan etmişdi.
İran tərəfinin məlumatına görə, 40 günlük müharibə zamanı ABŞ-İsrail zərbələri nəticəsində 3 375 iranlı həlak olub.
Aprelin 11-də Tehran və Vaşinqton nümayəndə heyətləri İslamabadda danışıqlar aparsalar da, münaqişənin uzunmüddətli həlli ilə bağlı razılıq əldə olunmayıb. ABŞ Prezidenti daha sonra atəşkəs rejimini uzatmaq niyyətində olduğunu açıqlasa da, İran dövlət televiziyası Tehranın Vaşinqtonun birtərəfli qərarını tanımayacağını bildirib.

“Bir tacir qızının xatirəsinə” – Gülüstan türbəsinin unudulmuş hekayəsi
Qurban Qurbanov Allahverdi Bağırovun məzarını ziyarət etdi.
Bu universitetdə təhsil haqqı 2000 manat
Minifutbol üzrə ikiqat Avropa çempionu olan Azərbaycan millisi Vətənə qayıtdı
Yağıntılı hava şəraiti nə vaxtadək davam edəcək?
"Doğuş evi dağıdıb-tökməsin, başqa heç nə istəmirəm"
Su təsərrüfatı və meliorasiya işçiləri təltif edilib
Mehriban Əliyeva Azərbaycan millisini təbrik etdi