Trampın dediyi məsələ həllini tapdı, qərar verildi
Tarix: 2-05-2026, 08:27
Baxılıb: 3 015
Google+ Paylaş
Tumblr Paylaş

Trampın dediyi məsələ həllini tapdı, qərar verildi

2-05-2026, 08:27

Pentaqon katibi Pit Heqset Almaniyadan 5000 Amerika əsgərinin çıxarılmasını əmr edib.
AvroMedia.az xəbər verir ki, bu barədə ABŞ müdafiə nazirinin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Şon Parnell məlumat verib.
Bildirilib ki, bu qərar ABŞ qüvvələrinin Avropadakı mövqeyinin hərtərəfli qiymətləndirilməsindən sonra qəbul edilib. Çıxarılmanın növbəti altı-on iki ay ərzində başa çatacağını gözlənilir.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp aprelin 29-da bildirmişdi ki, ABŞ Almaniyada yerləşən hərbi kontingentinin azaldılmasını nəzərdən keçirir və bu məsələ ilə bağlı tezliklə qərar verəcək. Növbəti gün isə Ağ Ev rəhbəri etiraf etmişdi ki, ölkəsi təkcə Almaniyada deyil, həm də İtaliya və İspaniyada qoşunlarının sayını azalda bilər.Teleqraf
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ