Fransada hantavirusla bağlı narahatlıq artır.
AvroMedia.az xəbər verir ki, səhiyyə naziri Stefanie Rist hantavirus epidemiyasına məruz qalan kruiz gəmisində olan fransız sərnişinlərdən birinin test nəticəsinin müsbət çıxdığını açıqlayıb.
Reuters-in məlumatına görə, həmin şəxsin vəziyyətinin ağırlaşdığı bildirilib. Yoluxan sərnişin kruiz gəmisində olan beş Fransa vətəndaşından biridir. Digər dörd nəfərin ilkin test nəticəsi mənfi çıxsa da, onların yenidən yoxlanılacağı qeyd olunub.
Fransa hakimiyyət orqanları indiyədək virusa yoluxan şəxslə təmasda olmuş 22 nəfəri müəyyən edib. Nazir bildirib ki, əsas məqsəd virusun yayılmasının qarşısını almaq və ötürülmə zəncirini qırmaqdır.
Məlumata görə, Fransa hökuməti vəziyyətlə bağlı əlavə təhlükəsizlik tədbirləri tətbiq edib. Baş nazir Sebastyan Lekornu hantavirus böhranı ilə bağlı xüsusi iclas keçirəcək.

“Bir tacir qızının xatirəsinə” – Gülüstan türbəsinin unudulmuş hekayəsi
Qurban Qurbanov Allahverdi Bağırovun məzarını ziyarət etdi.
Bu universitetdə təhsil haqqı 2000 manat
Minifutbol üzrə ikiqat Avropa çempionu olan Azərbaycan millisi Vətənə qayıtdı
Yağıntılı hava şəraiti nə vaxtadək davam edəcək?
"Doğuş evi dağıdıb-tökməsin, başqa heç nə istəmirəm"
Su təsərrüfatı və meliorasiya işçiləri təltif edilib
Mehriban Əliyeva Azərbaycan millisini təbrik etdi