Uzun müddət monitor qarşısında işləmək, zəif işıqlandırma və ekrana düzgün məsafənin qorunmaması göz sağlamlığına mənfi təsir göstərir.
AvroMedia.az xəbər verir ki, mütəxəssislər bildirib ki, bu cür vərdişlər göz quruluğu, görmə zəifləməsi və fokuslanma problemlərinin yaranma riskini artırır. Bununla yanaşı, yuxusuzluq, stres və düzgün qurulmayan iş rejimi də vəziyyəti daha da ağırlaşdıra bilər.
Həkimlər tövsiyə edir ki, monitor gözlərdən təxminən 45-70 sm məsafədə yerləşdirilməli, işıqlandırma isə gözləri yormayacaq şəkildə yan tərəfdən düşməlidir. Ekranda parıltıların olmaması da vacibdir.
Göz yorğunluğunu azaltmaq üçün sadə məşqlərdən istifadə etmək olar. Məsələn, yaxın və uzaq məsafəyə növbə ilə baxmaq göz əzələlərinin rahatlamasına kömək edir və fokuslanmanı yaxşılaşdırır.
Eyni zamanda, gözlərdə quruluq hiss etdikdə dərmanları özbaşına seçmək düzgün deyil. Çünki bu, daha ciddi göz problemlərinin ilkin əlaməti ola bilər və mütləq mütəxəssis məsləhəti tələb edir.Milli.az

“Bir tacir qızının xatirəsinə” – Gülüstan türbəsinin unudulmuş hekayəsi
Qurban Qurbanov Allahverdi Bağırovun məzarını ziyarət etdi.
Bu universitetdə təhsil haqqı 2000 manat
Minifutbol üzrə ikiqat Avropa çempionu olan Azərbaycan millisi Vətənə qayıtdı
Yağıntılı hava şəraiti nə vaxtadək davam edəcək?
"Doğuş evi dağıdıb-tökməsin, başqa heç nə istəmirəm"
Su təsərrüfatı və meliorasiya işçiləri təltif edilib
Mehriban Əliyeva Azərbaycan millisini təbrik etdi