Ağız qoxusu yaradan 6 səbəb və onlardan qurtulmağın  maraqlı yolları
Tarix: 5-07-2023, 21:30
Baxılıb: 2 639
Google+ Paylaş
Tumblr Paylaş

Ağız qoxusu yaradan 6 səbəb və onlardan qurtulmağın maraqlı yolları

5-07-2023, 21:30

Dəniz məhsullarının, sarımsağın, qəhvənin və diş əti xəstəliklərinin ağız qoxusuna səbəb olduğunu yəqin ki, bilirsiniz. Ümumiyyətlə gəlin görək ağız qoxusu nədən yaranır.
1. Tıxanmış burun
Xəstəlik səbəbindən burundan nəfəs almırsınızsa, ağzınızdan nəfəs alıb verməyə başlayacaqsınız. Bu, ağzınızdakı toxumaların qurumasına və ağız təmizləyicisi olan tüpürcək mayesinin azalmasına səbəb olur. Bu maye yemək qalıqlarını təmizləməklə bərabər, çürüyə səbəb olan turşuları neytrallaşdırır və bakteriyaları nəzarət altında tutmaq üçün təbii antiseptik vəzifə görür. Tüpürcək nə qədər az olarsa, bakteriya da o qədər artır. Bu da ağız qoxusu deməkdir. Bu mayenin artmasına yardım etmək üçün saqqız çeynəmək faydalı ola bilər.
2. Konfetlər
Bakteriyalar da şirin sevir. Jelibon, şirin şərab, hətta nanə konfeti belə yemək narahatlıq yarada bilir. Bakteriyalar şirin mühiti sevir və ağzınızda daha sürətlə yayılır. Buna görə diş həkimləri, şəkər yerinə şokolad yeməyi məsləhət görür. Çünki şokolad həm daha tez əriyir, həm də digər şirniyyatlara nisbətən şəkər səviyyəsi daha aşağıdır. Həmçinin tərkibindəki kalsium ilə diş minası üçün faydası da var.
3. Ağız yaxalama suyu
Bir çox ağız yaxalama suyunun tərkibində spirt var. Hətta tərkibindəki spirtin miqdarı 27 faizə qədər çata bilir. Bu da ağız quruluğuna və nanə tamı keçdikdən sonra pis bir qoxuya səbəb olur.
4. Karbohidrat qidalar
Aşağı karbohidrat və yüksək protein tərkibli bir yeməkdən sonra bədənin müxtəlif bölgələrində ammonyak istehsalı olur və nəfəs yolu ilə bayıra çıxır. Mütəmadi olaraq bu şəkildə qidalanmaq orqanizmin daim ammonyak istehsalı deməkdir. Bu da nəfəsdən çürük qoxusunun gəlməsinə səbəb olur.
5. Neqativ bakteriyalar
Ağızda yaşayan bütün bakteriyalar, adətən, neqativ bakteriya adlanır. Pis qoxulu bakteriyalar diş əti cizgisində törəyib dilin aralarına yerləşirlər. Diş ipi istifadə etmək bir çıxış yolu olsa da, digər bir seçim dilinizi fırçalamaqdır. Onu da bilin ki, dili fırçalamaq ağız qoxusunu 70 faiz azaldır. Dilinizin hər yerini, xüsusilə də arxa qismini fırçalayın. Ən azından gündə iki dəfə dişinizi və dilinizi fırçalayın.
6. Narahatlıq
Ürəyiniz çox döyünür, əlləriniz titrəyir və stresslisinizsə, əmin olun ki, ağzınız da pis qoxuyur. Səbəb isə qurumuş ağızdır. Dərin nəfəs almaqla yanaşı bir az su içərək, ağzınızın havasını  təzələməlisiniz.
         Bu qidalardan yayda imtina etmək məsləhətdir
Endokrinoloqlar yay günlərində və daha sərin vaxtlarda bu formada qidalanmağı məsləhət görürlər. Yay günlərində ürəyi, damarları və sinir sistemini daha çox yükləməmək üçün qəhvədən mümkün qədər imtina etməyi təklif edirlər.
“Yodla zəngin qida məhsullarını azaltmaq məsləhətdir. Çünki bu qidalar qalxanvarı vəzini stimullaşdırır, o da öz növbəsində bədən istiliyini yüksəldir. Buna isə isti günlərdə heç bir ehtiyac yoxdur. Mütləq olaraq daha soyuq vaxtlarda yemək məsləhətdir. Əgər əvvəllər səhər yeməyini saat 8-9-da qəbul edirdiksə, indi həzmi yaxşılaşdırmaq üçün saat 6-7-də yemək lazımdır”, - deyə  endokrinoloqlar yayda ac qalmamağı məsləhət görürlər. 
“Biz qida rasionuna banan, ispanaq, brokkoli, cəfəri, keşniş, ərik, noxud, badam əlavə edirik. Qələvi mineral su içmək olar. Səhər, kontrastlı duş qəbul edirik, bud a bədəndən toksinləri çıxarmağa kömək etmək üçün limfanı hərəkətə gətiririr.
Kondisionerin altında oturmayın, çünki kəskin şəkildə azalan immunitet səbəbindən tez  xəstələnə bilərsiniz. Üstəlik, təmizlənməmiş kondisionerlərdə bütöv bir bakteriya və virus yuvasına rast gəlmək olar”,-deyə endokrinoloqlar bildirirlər.
Tanınmış endokrinoloqlar həmçinin təbii parçalardan tikilmiş rahat geniş paltar geyinməyi məsləhət görürlər və bu haqda belə deyirlər: “Dərimiz detoks prosesində böyük və vacib orqandır, ona görə də nəfəs ala bilməlidir.
Pambıqdan və kətandan hazırlanan həm üst, həm də alt paltar geyinmək tövsiyə olunur”.
Nəsibə KAMRANQIZI
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ