Məşhur anonim küçə rəssamı Benksi (Banksy) Londonun mərkəzindəki Vaterloo meydanında heykəl ucaldıb.
AvroMedia.Az xəbər verir ki, heykəlin onun əl işi olduğunu anonim rəssam sosial şəbəkə hesabında paylaşdığı video ilə təsdiq edib. Videoda işçilərin gecə saatlarında heykəli quraşdırması göstərilir.
Abidə kostyum geyinmiş, postamentdən enən bir kişini təsvir edir. Həmin fiqurun üzü bayraqla örtülüb, heykəlin aşağı hissəsində isə “Banksy” imzası həkk olunub.Abidə yerli sakinlərin və turistlərin marağına səbəb olub. Heykəl britaniyalı xadimlərin, o cümlədən kral VII Edvard və kapitan Robert Skottun abidələri arasında ucaldılıb.

“Bir tacir qızının xatirəsinə” – Gülüstan türbəsinin unudulmuş hekayəsi
Qurban Qurbanov Allahverdi Bağırovun məzarını ziyarət etdi.
Bu universitetdə təhsil haqqı 2000 manat
Minifutbol üzrə ikiqat Avropa çempionu olan Azərbaycan millisi Vətənə qayıtdı
Yağıntılı hava şəraiti nə vaxtadək davam edəcək?
"Doğuş evi dağıdıb-tökməsin, başqa heç nə istəmirəm"
Su təsərrüfatı və meliorasiya işçiləri təltif edilib
Mehriban Əliyeva Azərbaycan millisini təbrik etdi