Gündəlik ünsiyyətin əsas platformalarından birinə çevrilən Vatsap köhnə nəsil “Android” telefonlar üçün dəstəyini dayandırmağa hazırlaşır. Yeni qərar milyonlarla istifadəçini əhatə edəcək.
AvroMedia.Az xəbər verir ki, “Meta”ya məxsus mesajlaşma tətbiqi 8 sentyabr 2026-cı il tarixindən etibarən “Android 6.0”dan aşağı əməliyyat sistemlərində işləməyəcək. Bu o deməkdir ki, daha köhnə cihazlar Vatsap ekosistemindən kənarda qalacaq.
Rəqəmlərə əsasən, “Android 5.0” və daha aşağı versiyalardan istifadə edən cihazların payı ümumi istifadəçi bazasında kiçik faiz təşkil etsə də, qlobal miqyasda bu, milyonlarla istifadəçiyə təsir göstərə bilər. Bu addımın xüsusilə 2015-ci ildən əvvəl istehsal olunan smartfonları əhatə etdiyi bildirilir.
Qərarın əsas səbəbi həm texniki inkişaf, həm də təhlükəsizlik tələbləridir. Köhnə “Android” versiyaları uzun müddətdir təhlükəsizlik yeniləmələri almadığı üçün kibertəhlükələrə daha açıq vəziyyətdədir. Bu isə Vatsap kimi şifrələnmiş rabitə sistemlərinin tam effektiv işləməsinə mane olur.
Köhnə cihazlardan istifadə edənlər üçün Vatsapda xidmətin davamı mümkün olmayacaq. Mesaj tarixçəsini qorumaq və ünsiyyəti itirməmək üçün istifadəçilərə əməliyyat sistemini yeniləmək və ya daha yeni bir cihaza keçmək tövsiyə olunub.

“Bir tacir qızının xatirəsinə” – Gülüstan türbəsinin unudulmuş hekayəsi
Qurban Qurbanov Allahverdi Bağırovun məzarını ziyarət etdi.
Bu universitetdə təhsil haqqı 2000 manat
Minifutbol üzrə ikiqat Avropa çempionu olan Azərbaycan millisi Vətənə qayıtdı
Yağıntılı hava şəraiti nə vaxtadək davam edəcək?
"Doğuş evi dağıdıb-tökməsin, başqa heç nə istəmirəm"
Su təsərrüfatı və meliorasiya işçiləri təltif edilib
Mehriban Əliyeva Azərbaycan millisini təbrik etdi