ABŞ Konqresinin respublikaçı üzvü Tim Berçet hökuməti uçan naməlum obyektlər (UNO) barədə məlumatları ictimaiyyətə açıqlamağa çağırıb.
AvroMedia.az xəbər verir ki, o hesab edir ki, bu obyektləri ABŞ, Çin və ya Rusiyanın məxfi texnologiyası kimi izah etmək inandırıcı deyil. Berçetin fikrincə, belə texnologiyalar mövcud olsaydı, artıq real hərbi əməliyyatlarda istifadə olunardı.
Konqresmen bildirib ki, UNO-lar qeyri-adi manevr qabiliyyətinə malikdir, uzun müddət havada sabit qala, ani istiqamət dəyişə və böyük sürətlə hərəkət edə bilirlər. O, həmçinin anonim bir admiralın sözlərinə istinad edərək, radarların çox sürətli və iri ölçülü sualtı obyekt qeydə aldığını deyib.
Berçet vurğulayıb ki, bu xüsusiyyətlərə malik texnologiya hazırda Pentaqonda mövcud deyil. Qeyd edək ki, daha əvvəl Donald Tramp da UNO-larla bağlı bəzi sənədlərin açıqlanacağını bildirmişdi.Milli.Az

“Bir tacir qızının xatirəsinə” – Gülüstan türbəsinin unudulmuş hekayəsi
Qurban Qurbanov Allahverdi Bağırovun məzarını ziyarət etdi.
Bu universitetdə təhsil haqqı 2000 manat
Minifutbol üzrə ikiqat Avropa çempionu olan Azərbaycan millisi Vətənə qayıtdı
Yağıntılı hava şəraiti nə vaxtadək davam edəcək?
"Doğuş evi dağıdıb-tökməsin, başqa heç nə istəmirəm"
Su təsərrüfatı və meliorasiya işçiləri təltif edilib
Mehriban Əliyeva Azərbaycan millisini təbrik etdi