Qarşınızdakı şəxslərin bəzən bizə ünvanladığı suallar manipulyativ olur və heç də yaxşı niyyətli deyil.
AvroMedia.Az xəbər verir ki, türkiyəli davranış elmləri mütəxəssisi Aşkım Kapışmak insanları bəzi manipulyativ suallara cavab verməməyə çağırır.
Həmin suallar aşağıdakılardır.
1. “Ən çox nəyi itirməkdən qorxursan?”
Diqqət! Bu suala cavab versəniz, qarşınızdakı sizin ən həssas nöqtənizi tapmış olacaq.
2. “Özünü zəif hiss etdiyin anı xatırlayırsan?”
Bu suala cavab versəniz, qarşınızdakı sizin ən kövrək cəhətinizi biləcək.
3. “Səncə, insanlar səni ən çox hansı mövzuda səhv başa düşür?”Bu suala cavab versəniz, qarşınızdakı sizin ən həssas olduğunuz məqamı öyrənəcək.
4. “Həyatında ən çox nəyi gizlətmək istəyirsən?”
Qarşınızdakı sizin ən dərin sirlərinizi öyrənə bilər.
5. “Bir anda bütün həyatın gözlər öndündə olsa, hansı hissəsinin görünməsini istəməzdin?”
Bu sualı verirlərsə, ən çox utandığın məqamı öyrənməyə çalışırlar.
6. “Özündə ən çox nəyi dəyişmək istəyərdin?”
Bu barədə danışsanız, öznəinam əskikliyiniz üzə çıxacaq.
7. “Bir anda hər kəs səni tərk etsə, yanında ən çox kimin qalmasını istərdin?”
Bu sual sayəsində ən çox kimə bağlı olduğunu öyrənə bilərlər.
8. “Keçmişində heç vaxt danışmaq istəmədiyin bir hadisə var?”
Cavab versəniz, ən dərin sirlərinizi öyrənəcəklər.
9. “Səncə, insanlar səni ən çox hansı mövzuda ciddi qəbul etmir?”
Özünəinamınızda ən çox hansı nöqtədə zəif olduğunuzu biləcəklər.

“Bir tacir qızının xatirəsinə” – Gülüstan türbəsinin unudulmuş hekayəsi
Qurban Qurbanov Allahverdi Bağırovun məzarını ziyarət etdi.
Bu universitetdə təhsil haqqı 2000 manat
Minifutbol üzrə ikiqat Avropa çempionu olan Azərbaycan millisi Vətənə qayıtdı
Yağıntılı hava şəraiti nə vaxtadək davam edəcək?
"Doğuş evi dağıdıb-tökməsin, başqa heç nə istəmirəm"
Su təsərrüfatı və meliorasiya işçiləri təltif edilib
Mehriban Əliyeva Azərbaycan millisini təbrik etdi