Qulançar sağlam qidalanmada xüsusi yer tutan ən faydalı tərəvəzlərdən biri hesab olunur və bir çox xəstəliklərin profilaktikasında tövsiyə edilir.
AvroMedia.Az məlumatına görə, bu tərəvəz A vitamini ilə zəngindir ki, gözlərin, dərinin və immun sisteminin qorunmasına kömək edir.
Eyni zamanda, tərkibində olan C vitamini kapilyarları möhkəmləndirir və kollagenin yaranmasında mühüm rol oynayır. Qulançar həmçinin sümüklərin inkişafı və qanın laxtalanması üçün vacib olan K vitamininin yaxşı mənbəyidir.Onun tərkibindəki fol turşusu xüsusilə hamiləlik dövründə böyük əhəmiyyət daşıyır. Bu maddə qan hüceyrələrinin formalaşmasını dəstəkləyir və dölün sağlam inkişafına töhfə verir. Bundan əlavə, qulançarın diabet riskini azaltdığı da qeyd olunur.
Qulançarın digər mühüm faydalarından biri qaraciyərin qorunmasına kömək etməsidir. Müntəzəm istifadə alkoqolun qaraciyərə mənfi təsirlərini zəiflədə bilər. Bişmiş formada isə həzm sistemini tənzimləyir, mədə-bağırsaq problemlərində, o cümlədən xora zamanı faydalı təsir göstərir. O, həm də bağırsaqda faydalı bakteriyaların artımını stimullaşdıran təbii prebiyotikdir.
Diqqətçəkən məqam isə odur ki, qulançar bişirildikdə də qida dəyərini böyük ölçüdə saxlayır. Onu qaynatmaq, qızartmaq və ya buxarda bişirmək mümkündür.

“Bir tacir qızının xatirəsinə” – Gülüstan türbəsinin unudulmuş hekayəsi
Qurban Qurbanov Allahverdi Bağırovun məzarını ziyarət etdi.
Bu universitetdə təhsil haqqı 2000 manat
Minifutbol üzrə ikiqat Avropa çempionu olan Azərbaycan millisi Vətənə qayıtdı
Yağıntılı hava şəraiti nə vaxtadək davam edəcək?
"Doğuş evi dağıdıb-tökməsin, başqa heç nə istəmirəm"
Su təsərrüfatı və meliorasiya işçiləri təltif edilib
Mehriban Əliyeva Azərbaycan millisini təbrik etdi