Mağazadan yumurta alarkən diqqət yetirilməli vacib məqam var.
AvroMedia.Az Milli.Az-a istinadla xəbər verir ki, mütəxəssislər alış zamanı yumurtanın üzərindəki kodların mütləq yoxlanılmasını tövsiyə edirlər. Bildirilir ki, bu kodlar təsadüfi deyil və məhsulun keyfiyyəti, istehsal şəraiti və mənşəyi barədə vacib məlumatları əks etdirir.
Qeyd olunur ki, yumurtanın üzərindəki işarələr onun hansı şəraitdə istehsal olunduğunu, toyuqların necə bəsləndiyini və məhsulun standartlara uyğun olub-olmadığını göstərir. Buna görə də istehlakçılara alış zamanı yalnız görünüşə deyil, bu kodlara da diqqət yetirmək tövsiyə olunur.
Əgər kod "0" rəqəmi ilə başlayırsa...
Yumurta tam orqanik sayılır. Toyuqlara heç bir hormon vurulmayıb.
Əgər kod "1" rəqəmi ilə başlayırsa...
Fermada yetişən, sərbəst gəzən toyuq yumurtasıdır
Tam orqanik yumurtadan sonra ən sağlıqlı yumurtadır.
Əgər kod "2" rəqəmi ilə başlayırsa...
Hində saxlanılan toyuq yumurtasıdır
0 və 1 kodlu yumurtalardan fərqli olaraq bu yumurtalara GMO vurulması ehtimalı yüksəkdir.
Əgər kod "3" rəqəmi ilə başlayırsa...
Qəfəsdə yerləşdirilən broyler yumurtasıdır
Bu toyuqlar əsasən GMO qatqılı yemlərlə qidalanır.

“Bir tacir qızının xatirəsinə” – Gülüstan türbəsinin unudulmuş hekayəsi
Qurban Qurbanov Allahverdi Bağırovun məzarını ziyarət etdi.
Bu universitetdə təhsil haqqı 2000 manat
Minifutbol üzrə ikiqat Avropa çempionu olan Azərbaycan millisi Vətənə qayıtdı
Yağıntılı hava şəraiti nə vaxtadək davam edəcək?
"Doğuş evi dağıdıb-tökməsin, başqa heç nə istəmirəm"
Su təsərrüfatı və meliorasiya işçiləri təltif edilib
Mehriban Əliyeva Azərbaycan millisini təbrik etdi