Sadəcə nəticəni yazıram-MÜRACİƏT
Tarix: 2-08-2025, 13:50
Baxılıb: 3 933
Google+ Paylaş
Tumblr Paylaş

Sadəcə nəticəni yazıram-MÜRACİƏT

2-08-2025, 13:50

Hörmətli mətbuat işçiləri, ziyalılar, millət vəkilləri, ictimai fəallar!
Siz də bu müraciətə qoşulun.
Bunları deməyi  bir bioloq alim, yazıçı, vətəndaş kimi tarix qarşısında vicdan borcu hesab edirəm.
Sadəcə nəticəni yazıram.
Bakının incisi, 100 ilə yaxın tarixi olan,  böyük alimlərin zəhməti ilə yaradılan Mərkəzi Nəbatat  Bağı alimləri ilə birlikdə yod kimi sublimasiya oldu, yəni ərimədən buxarlandı,   yoxa çıxdı .
Yerində 3 yaşlı böyük park yarandı.
Bağ başqadı, park başqa.
İndi demək olar ki, Azərbaycanda Botanika Bağı yoxdu.
İnanmırsız, gedin baxın:
Hanı orada Qafqaz florası, Orta Asiya florası, Talış florası, Nadir, endem, relikt bitkilər florasına, gülçülüyə aid kolleksiya sahələri? Və onlarla məşğul olan, tədqiqat aparan alimlər?
Belə kolleksiya sahələri var idi, artırmaq əvəzinə bağı şamlarla, sərvlərlə doldurdular.
50 illik qızıl gül sahəsinin yerində dayanacaq yaratdılar. 500 -dən çox növ, sort və onlara baxan alimlər yoxa çıxdılar.
Bütün bunlar akademiklərin, professorların gözü önündə baş verdi.
Bizim müqddəs məbəd- Məkəzi Nəbatat Bağı sahibsiz qaldı,  elmi müəssisələr içində ən bəxti qarası oldu.
Bağ təmir edildi, gözəlləşdi, amma park oldu.
Ağaclarının dibi hər gün piknikə, yeyib içməyə gələn yüzlərlə insan tərəfindən tapdaq olan park.
Dünyanın heç bir bağında kolleksiya sahəsinə  girib ayaqlamazlar. Ömürünü bitkilərə həsr etmiş alimləri uzaqlaşdırmaz, ya getməklərinə göz yummazlar.
Sonda Cənab prezidentə müraciət edirəm.

Hörmətli, Cənab Prezident.


Sizin nəzərdə tutduğunuz elmi araşdırmalar mərkəzi, yerli və xarici floradan gətirilmiş zəngin biomüxtəliflik kolleksiyaları olan Botanika Bağı əvəzinə park yaranmışdır.
Sizdən xahiş edirik ki, Mərkəzi Nəbatat Bağının özünün elmi şurası, dokturantrasının yaradılması,  Bağın öz alimlərinin vaxtilə elmi tədqiqatlar apardıqları lobarotoriyalara  qaytarılmasının təmin edilməsi məsələsinə yenidən baxasınız.

Hörmətlə:
B.ü.f d, dosent Sadıq Qarayev və Bağın keçmiş alim əməkdaşları.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ