Kadr və Milli TƏHLÜKƏSİZLİK – CAVİD İSMAYIL YAZIR
Tarix: 23-11-2023, 15:32
Baxılıb: 1 972
Google+ Paylaş
Tumblr Paylaş

Kadr və Milli TƏHLÜKƏSİZLİK – CAVİD İSMAYIL YAZIR

23-11-2023, 15:32

Hər bir dövlətin daima var olmasında, onun dinamik inkişaf etməsində,  ümumilikdə dövlətin təhlükəsizliyinin təməlində yer alan ən vacib məsələ  kadr məsələsidir. Elə bu baxımdan heç də təsadüfi deyil ki, Azərbaycan Respublikasının milli təhlükəsizlik konsepsiyasında diqqət peşəkar milli işçi qüvvəsinin formalaşmasına  yönəldilib.  Əfəndilər, diqqət edin!  AZƏRBAYCAN RESPUBLİKASININ MİLLİ TƏHLÜKƏSİZLİK KONSEPSİYASI!
 Beləliklə yaxın keçmişimizə qısaca olaraq ümumi nəzər salaq.
 Əsrlərdir bəzi dövlətlər,  Türk düşmənləri   Azərbaycanı parçalayaraq öz təsir dairəsinə salmaq uğrunda öz aralarında daim rəqabət aparmış,  məqsədlərinə çatmaq üçün birləşərək Azərbaycan türklərini qan gölündə boğmuş,  zaman-zaman xalqımıza sarsıdıcı zərbələr vurmuşlar.  
1918-ci il mayın 28-də qurulan və müsəlman Şərqində ilk demokratik cumhuriyyətimiz olan Azərbaycan Xalq Cümhuriyyətinin  süqutundan sonra 28 aprel 1920-ci ildə  Azərbaycanda sovet hakimiyyəti qurulur. İlk vaxtlar  müvəqqəti İnqilab Komitəsi və XKS-nin tərkibinə əsasən azərbaycanlılar daxil olsalar da, az sonra işğalçı Rusiya Cənubi Qafqazı Azərbaycan türklərindən təmizləmək siyasətini məqsədli olaraq həyata keçirməyə başladı. İşğalçı Rusiya, Azərbaycanı ruslaşdırma siyasətini tam mexanizmlə işə saldı və milli kadrları mühüm vəzifələrə yaxın buraxmadı. Dövrün rəsmi statistikasına nəzər salsaq görərik ki, sistemli  aparılan həmin məkrli siyasətin nəticəsi olaraq 1931-ci ildə Bakı Sovetinin məsul işçilərinin yalnız 16 faizi türklər idi. Böyük əksəriyyəti, 45 faizini  ruslar, 17 faizini isə yarı dilənçi, vətənsiz olan ermənilər təşkil edirdi. Və diqqətçəkən məqamlardan biri də odur ki, həmin dövr Azərbaycanda fəaliyyət göstərən 12 ali məktəbdən ancaq birində – o zaman yeni yaradılan Pedaqoji İnstitutda tədris türkcə aparılırdı. Qalan 11 ali məktəbdə tədris yalnız və yalnız işğalçının dilində-rus dilində aparılırdı.
Təbii ki, məkrli xislət sahibləri ilbəil Azərbaycanda güclü ruslaşdırma siyasətini intensivləşdirdiklərindən  bütün idarə və təşkilatlarda kargüzarlıq işləri yalnız rus dilində aparılırdı. İmperiyanın türksüz Ön Qafqaz – Azərbaycan siyasətinin əsas istiqamətlərindən biri də, ruslarla ailə quran azərbaycanlıları müəyyən işlərdə irəliyə çəkmək, erməni millətindən olan qadınları xüsusən katibə-köməkçi işlərinə cəlb etmək idi.
1925-ci ildə Azərbaycan Kommunist Partiyasının I katibi təyin edilmiş Ruhulla Axundov 1 ildən az  fəaliyyət göstərdi. Səbəb? Milli ruha, dədə kökə bağlı olan Ruhulla Axundov  Azərbaycanda latın əlifbasına keçidin ən nüfuzlu təşkilatçısı və tərəfdarı idi.
Onun təşkilatçılığı və rəhbərliyi ilə 1926-cı ildə Bakıda türkoloji qurultay keçirildi. O, bu qurultayda çıxışı zamanı latın əlifbasına keçidin mühüm əhəmiyyətini və bu addımın təkcə Azərbaycan üçün deyil, bütün Şərq üçün mühüm əhəmiyyət kəsb edəcəyini  vurğulayıb. Eyni zamanda dövrün hüquqi statusunda qeyd edilən ana dilimizin – türk dilinin təmizliyinin, saflığının, zənginliyinin qorunması uğrunda sözün əsl mənasında qətiyyətlə mübarizə aparırdı. Onun ana dilimizdə dərsliklərin, lüğət ədəbiyyatının yaradılması məsələləri də bizlərə bəllidir.
O, 1928-ci ildə Azərbaycan aşıqlarının I qurultayının çağırılmasının təşəbbüskarı olmaqla yanaşı, milli ədəbiyyatımızın, klassiklərin öyrənilməsində böyük xidmətlər göstərmiş və “Koroğlu” dastanının ən nadir əlyazmasının tapılıb Azərbaycana gətirilməsində də fəal rol oynamışdır.
       Cənubi Qafqazı Azərbaycan türklərindən təmizləmək siyasətini yürüdən rusların yeni modeldə qurulan sovet imperiyası, dədə kökə, milli dəyərlərə bağlı olan və bu istiqamətdə ardıcıl işlər aparn fikir adamını bağışlayarmı? Təbii ki, yox. Və bağışlamadı da. Rəsmi sənədlərdə vəfat etdiyi qeyd edilsə də, Ruhulla Axundovu rus imperiyası məhv etdi.
         Beləliklə 1921 -1925-ci illər Azərbaycan Kommunist Partiyası MK rəhbəri olmuş qəddar-qaniçən Sergey Kirovdan sonra bir türkü, Ruhulla Axundovu (1925-1926 ) hakimiyyətə gətirən mərkəz səhv etdiyini anlayaraq 1 il fəaliyyəti təzəcə tamamlanmasına baxmayaraq onu kənarlaşdırır və yerinə əzəli türk düşməni olan erməni, amansız qaniçən Levon Mirzoyanı təyin edir. 
Onu da qeyd edim ki, Mirzoyan Qazaxıstan KP MK-nın birinci katibi vəzifəsində işlədiyi dövrdə qazax türklərinin kütləvi qırılmasına əmr vermişdi. O dövr 1930-cu illərdə 5 milyon qazax türkü məhv edilib və ya bir parça çörəyə möhtac qoyaraq aclıqdan öldürülüb. 
Belələiklə 10 dekabr 1933-cü il tarixə qədər Azərbaycana rəhbərlik edənlər qeyri azərbaycanlılar olmuşdular.
Təbii ki, bu illər içində, mərkəz içimizdə milli dəyərlərdən uzaq olan, öz tiryəki ilə zəhərlədiyi kadrlar-düşmən toxumları yetişdirməkdə idi. Həmin düşmən kadrları vasitəsi ilə xalqımıza qarşı yeni mərhələdə qırğın törətmək üçün növbəti kadrını Azərbaycana təyin etdi.
 Beləliklə adı bizdən olsa da, millətə-millətin düşünən beyinlərinə qənim olan, millətin milli ruhunun inkişafına təsir edə biləcək fikir babaları, milli dəyərlərə bağlı olan, düşünən beyinlərimizi, o cümlədən, Hüseyn Cavid,  Əhməd Cavad, Salman Mümtaz, Mikayıl Müşfiq, Vəli Xuluflu, Yusif Çəmənzəminli, Bəkir Çobanzadə və yüzlərlə vətən oğullarımızı məqsədli olaraq  məhv edən qəddar  bolşevik – Mir Cəfər Bağırov (1933-1953) təyin edildi.
İmperiya məqsədli olaraq Azərbaycanın düşünən beyinlərini, dədə kökə bağlı, milli mənəvi dəyərlərə sadiq olan insanlarımızı məhv etməklə bərabər, paralel olaraq, türk düşməni olan imperiya, yenə də məkrli planlarını icra etməsi üçün içimizdə adı özümüzdən olan böyük bir düşmən toxumu-kadrlar yetişdirməyi daha da intensivləşdirdi.
Bu dönəmdə elmlər doktoru adı almaq üçün belə, erməni olan elmi rəhbərinin xahişinə görə dədələrimizin qanı ilə suvarılan Sovet Azərbaycanının -Vətən torpaqlarından müxtəlif adlarla əzəli türk yurdu olan Qərbi Azərbaycanda qurulan sovet Ermənistanına peşkəş çəkən də oldu. 
Yenə qısa bir müddət, 17.02.1954-10.07.1959 cu illərdə Azərbaycan MK-nın rəhbəri olmuş görkəmli alim, akademik İmam Mustafayev Stalinin ölümündən sonra nisbətən  mülayim şəraitdən istifadə edərək Bakı şəhərinin milliləşdirilməsinə cəhd edirdi. Və o da, imperiyanın maraqlarına cavab vermədiyi üçün, 1959-cu ilin iyul ayında “bacarıqsızlıq” bəhanəsi ilə vəzifəsindən azad edilmiş və Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsi bürosunun üzvlüyündən çıxarılmışdır.
Naxçıvandan doğan günəş – Heydər Əliyev.Ən ağır və təhlükəli zamanın burulğanından, özünün fitri istedadı, analitik düşüncə-təhlil etmək qabiliyyəti, zəngin zəkası hesabına formalaşaraq sıravi əməkdaşdan ən yüksək rütbəyə-General rütbəsinə qədər yüksələn Heydər Əliyev Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyinin rəhbərliyindən Respublikanın Mərkəzi Komitəsinin 1-ci katibliyinə gəldiyi dövrdən DTX-də olduğu kimi ilk olaraq milli kadrların yetişdirilməsi, təhsil məsələlərinin inkişaf etdirilməsini əsas xətt olaraq müəyyən etdi.
Hələ DTX-ya rəhbər təyin olunanda barmaqla sayılan azərbaycanlıların saylarını artırmağa nail oldu.
Mərkəzi komitənin katibi kimi fəaliyyəti zamanı, Heydər Əliyev Azərbaycanın şəhər, kənd və qəsəbələrində ümumilikdə 770-ə qədər məktəb binası istifadəyə verilməsinə nail oldu. Respublikada fəaliyyət göstərən ali məktəblərin sayının 12 dən 17-ə qaldırmaqla yanaşı, xeyli sayda məktəbəqədər müəsissələr, peşə təhsili məktəbləri, müxtəlif sahələr üzrə xüsusən də konstruktor sahəsi üzrə dərnəklərin yaradılmasına nail oldu. Bütün bunlarla yanaşı, o zaman üçün mümkünsüz olsa da, Moskvadan güclü təzyiqə baxmayaraq 1971-ci ildə Bakı şəhərindəki 2 saylı 8 illik internat məktəbinin bazasında Naxçıvanski adına Hərbi məktəbin də Azərbaycanda qurulmasına nail oldu.
Ulu Öndərin uzaqgörənliklə qəbul elədiyi mühüm qərarlardan biri də, Azərbaycanda vacib tələb olunan ixtisaslar üzrə azərbaycanlıların keçmiş SSRİ-nin qabaqcıl ali məktəblərinə göndərilməsinə nail olması idi.
Bu istiqamətdə rəsmi məlumatlara nəzər salsaq görərik ki, keçmiş SSRİ-nin ümumilikdə 50-dən artıq böyük şəhərinin 170-dən çox ən reytinqli ali məktəblərində respublikamızın xalq təsərrüfatı, elm, təhsil və mədəniyyətinin 80-dən artıq sahəsini əhatə edən və ən zəruri ehtiyac duyulan 250-dən çox ixtisas üzrə 15000-dək azərbaycanlı gəncin ali təhsil almasına, yüksəkixtisaslı mütəxəssislər kimi hazırlanmasına imkan və şərait yarandı.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ