Dərnəgül dayanacağı qısa zamanda istifadəyə veriləcək.
Tarix: 17-04-2026, 22:44
Baxılıb: 7 040
Google+ Paylaş
Tumblr Paylaş

Dərnəgül dayanacağı qısa zamanda istifadəyə veriləcək.

17-04-2026, 22:44

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) bu yaxınlarda Dərnəgül dayanacağını sərnişinlərin istifadəsinə verilməsi istiqamətində işləri başa çatdırır.
AvroMedia.Az
“APA-Economics”ə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Kürdəmir stansiyasının yenidən qurulmasından sonra sərnişinlərin istifadəsinə verilməsinə həsr olunmuş tədbir çərçivəsində "Azərbaycan Dəmir Yolları" QSC-nin Sərnişin daşımaları departamentinin rəisi Azər Fərəcov bildirib.
Onun sözlərinə görə, qısa zamanda dayanacağın açılışı baş tutacaq.
Qeyd edək ki, Bakı–Xırdalan–Sumqayıt xətti üzərində yerləşən dayanacaq turniket binaları, yerüstü keçid və 4 platforma ilə tezliklə sərnişinlərin xidmətində olacaq.

Dərnəgül dayanacağı sayəsində şəhərdaxili mobillikdə dəmiryol xəritəsi genişlənəcək, Abşeron dairəvi marşrutu üzrə sərnişindaşıma xidməti daha da əlçatan olacaq.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ