İcra məmurlarının hüquqlarına dəyişiklik edilir.
AvroMedia.Az xəbər verir ki, bununla bağlı "Dövlət icra məmurları haqqında" qanuna dəyişiklik təklif olunub.
Qanun layihəsi Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə edilib.
İcra məmurlarının hüquqları sırasındakı tələbi borclunun hesabında olan pul vəsaitlərinə yönəltmək hissəsi dəqiqləşdirilir.
Yeni redaktəyə görə, icra məmurları tələbi borclunun əmlakına, o cümlədən nağd, yaxud banklarda və ya digər kredit təşkilatlarındakı, elektron pul təşkilatlarındakı hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldə biləcəklər.

Bu il doğulan körpə sayı azalıb
Bu qidalanma vərdişləri xərçəng riskini artırır
Bu günün valyuta məzənnələri
Qızıl və gümüş bahalaşıb
Hava proqnozları psixologiyamıza necə təsir edir?
Kompüter qarşısında çalışanların göz ağrısına çarə
Qocalmanı ləngidən giləmeyvə