Qeyri-rəsmi məlumatlara əsasən, Azərbaycanda 400-500 minə yaxın sənədsiz və ya sənədləşdirilməsi çətin olan fərdi yaşayış evi mövcuddur.
AvroMedia.Az xəbər verir ki, bu vəziyyət fərdi evlərin qanunvericiliyə uyğun qaydada inşa olunması məsələsini daha da аktual edir. Çünki bir çox vətəndaş tikinti zamanı hansı qaydalara əməl edilməli olduğunu dəqiq bilmir.
Qanuni şəkildə necə ev tikmək olar?
Məsələ ilə bağlı daşınmaz əmlak üzrə ekspert Elnur Azadov bildirir ki, hündürlüyü 12 metrə qədər olan fərdi yaşayış evlərinin tikintisi üçün ayrıca icazə almaq tələb olunmur:
"Bunun üçün vətəndaşlar layihə və smeta bürolarına müraciət etməli, torpaq sahəsinə dair sənədləri təqdim etməlidirlər".Ekspertin sözlərinə görə, müvafiq normalara uyğun eskiz layihə hazırlanır və aidiyyəti qurumlar tərəfindən təsdiqləndikdən sonra tikinti işlərinə başlamaq mümkündür.

Bu il doğulan körpə sayı azalıb
Bu qidalanma vərdişləri xərçəng riskini artırır
Bu günün valyuta məzənnələri
Qızıl və gümüş bahalaşıb
Hava proqnozları psixologiyamıza necə təsir edir?
Kompüter qarşısında çalışanların göz ağrısına çarə
Qocalmanı ləngidən giləmeyvə