Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) 5 şəhərlərarası və şəhərdaxili avtobus marşrutu üzrə müsabiqə qaliblərini müəyyən edib.
AvroMedia.Az AYNA-ya istinadən xəbər verir ki, 533 nömrəli şəhərətrafı (Şəfəq qəsəbəsi - Bakı Beynəlxalq Avtovağzal Kompleksi) marşrut üzrə hüquqi şəxs "Bus Service" MMC, Bakı-Lənkəran marşrutu üzrə fiziki şəxs Quluzadə Fəqan İman oğlu; Sumqayıt-Horadiz marşrutu üzrə fiziki şəxs Talıbov Polad Tahir oğlu, Yalama qəsəbəsi - Qusar avtovağzalı və Xanoba kəndi - Xudat avtostansiyası marşrutları üzrə hüquqi şəxs "Logistics and Transport Services" MMC qalib elan olunublar.
Müsabiqə "Avtomobil nəqliyyatı haqqında" Qanuna, Nazirlər Kabinetinin 3 aprel 2009-cu il tarixli qərarı ilə təsdiqlənən "Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası"na uyğun təşkil olunub.AvroMedia.Az AYNA-ya istinadən xəbər verir ki, 533 nömrəli şəhərətrafı (Şəfəq qəsəbəsi - Bakı Beynəlxalq Avtovağzal Kompleksi) marşrut üzrə hüquqi şəxs "Bus Service" MMC, Bakı-Lənkəran marşrutu üzrə fiziki şəxs Quluzadə Fəqan İman oğlu; Sumqayıt-Horadiz marşrutu üzrə fiziki şəxs Talıbov Polad Tahir oğlu, Yalama qəsəbəsi - Qusar avtovağzalı və Xanoba kəndi - Xudat avtostansiyası marşrutları üzrə hüquqi şəxs "Logistics and Transport Services" MMC qalib elan olunublar.
Marşrut xətləri müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq AYNA tərəfindən mərhələli qaydada müsabiqəyə təqdim edilir.
Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılması, həmçinin marşrutların təhkim edilməsində şəffaflığın təmin olunmasıdır.

Bu il doğulan körpə sayı azalıb
Bu qidalanma vərdişləri xərçəng riskini artırır
Bu günün valyuta məzənnələri
Qızıl və gümüş bahalaşıb
Hava proqnozları psixologiyamıza necə təsir edir?
Kompüter qarşısında çalışanların göz ağrısına çarə
Qocalmanı ləngidən giləmeyvə