Masazırda su problemi bitmir...
Tarix: 6-04-2026, 14:52
Baxılıb: 7 024
Google+ Paylaş
Tumblr Paylaş

Masazırda su problemi bitmir...

6-04-2026, 14:52

Son günlər Masazır qəsəbəsində su təchizatında yaranan fasilələr sakinlərin narazılığına səbəb olub.
AvroMedia.Az  xəbər verir ki, xüsusilə Həsən Əliyev küçəsi və Çıraqlı məhəlləsi istiqamətində suyun verilməsində problemlərin davam etdiyi bildirilir.
Məsələ ilə bağlı "Azərsu" ASC tərəfindən saytımıza bildirilib ki, son günlər aylıq normadan 6 dəfədən çox yağan intensiv yağışlar Abşeron rayonu ərazisində yerləşən irihəcmli nasos stansiyasının işində çətinliklər yaradıb.
Qurumun açıqlamasına görə, yaranmış texniki problem artıq aradan qaldırılıb və nasos stansiyası hazırda tam gücü ilə fəaliyyət göstərir. Bununla belə, bəzi ərazilərdə suyun verilməsində fasilələr hələ də müşahidə olunur.
“Həmin ərazilərdə yığılan yağış sularının kənarlaşdırılması üçün hazırda işlər görülür, su təminatında yaranana fasilə də məhz bu işlərlə bağlıdır. Tullantı sularını nəql edən kollektorlar yükləndiyi üçün yağış sularının ərazilərdən kənarlaşdırılması çətinləşir. Su təminatında baş verən fasilələr də tezliklə əvvəlki rejiimə qaytarılacaq”, – deyə qurumdan bildirilib.

İLHAMƏ HÜSEYNİскачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ