Azərbaycanda iş yerləri cinsindən asılı olmayaraq eyni və ya bərabər dəyərli müxtəlif işi yerinə yetirən işçilərə bərabər əməkhaqqı ödəməyə borclu olacaq.
AvroMedia.Az xəbər verir ki, bu, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bugünkü videokonfrans formatında iclasında müzakirə olunan Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Qanun layihəsinə əsasən, cinsindən asılı olmayaraq eyni və ya bərabər dəyərli müxtəlif işi yerinə yetirən işçilərə bərabər əməkhaqqının verilməsini təmin etmək əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifəsi hesab ediləcək.
İşəgötürən cinsindən asılı olmayaraq eyni və ya bərabər dəyərli müxtəlif işi yerinə yetirən işçilərə bərabər əməkhaqqı ödəməyə borclu olacaq.
İşin bərabər dəyərli olması əmək şəraiti, əmək funksiyasının xarakteri və qüvvədə olan vahid tarif-ixtisas sorğu kitabçalarında nəzərdə tutulmuş tarif-ixtisas xüsusiyyətləri nəzərə alınmaqla işəgötürən tərəfindən müəyyən ediləcək.

I sinif üzrə prioritet məktəblərdə boş qalan yerlərə qəbul başlayır.
Bu gündən Türkmənistanda Azərbaycan Mədəniyyəti Günləri başlayır.
Bu günün valyuta məzənnələri.
Qızıl və gümüş yenidən ucuzlaşıb.
Aİ-nin genişlənməsi üçün yeni plan
Turaldan cəriməyə etiraz: "Maşını xətkeşlə sürmək lazımdır?"
Təzyiq düşəndə bədən nə hiss edir?
Beyninizi arada “söndürün” – Çox fikir edənin ömrü qısalır
Yaşıl çay sevənlərə ŞAD XƏBƏR
Tramp Xamenei ilə görüşməyə hazır olduğunu bildirib
Trampdan İrana sərt mesaj
Şevtsovdan İrəvana xəbərdarlıq: Ukraynanın taleyini yaşamayın”.