Azərbaycanda operativ nəqliyyat vasitələrinin siyahısı genişləndirilir.
AvroMedia.Az xəbər verir ki, bu, "Yol hərəkəti haqqında" qanuna təklif edilən dəyişiklikdə əks olunub.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, İnsan hüquqları komitələrinin bugünkü birgə iclasında müzakiryə çıxarılan dəyişikliyə əsasən, prokurorluq orqanlarına məxsus olan və kriminalistik avadanlıqlarla təmin edilərək hadisə yerində təxirəsalınmaz prosessual hərəkətlərin yerinə yetirilməsi, növbətçi əməkdaşların hadisə yerinə çatdırılması və ya təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün nəzərdə tutulan nəqliyyat vasitələri də operativ nəqliyyat vasitəsi hesab ediləcək.
Dəyişiklik hüquq-mühafizə, habelə digər xüsusi təyinatlı dövlət orqanlarının fəaliyyətinin daha səmərəli təşkilinə yönəlib. Xüsusilə prokurorluq orqanlarına məxsus, kriminalistik avadanlıqlarla təchiz edilmiş nəqliyyat vasitələrinin bu kateqoriyaya daxil edilməsi mövcud praktiki tələbatdan irəli gəlir.Hadisə yerinə operativ şəkildə çatdırılmanın təmin edilməsi, təxirəsalınmaz prosessual hərəkətlərin yerinə yetirilməsi və operativ-axtarış tədbirlərinin həyata keçirilməsi üçün həmin nəqliyyat vasitələrinin digər operativ xidmətlərlə eyni hüquqi statusa malik olması zərurəti yaranıb.
Dəyişiklik hüquq-mühafizə orqanları arasında qarşılıqlı fəaliyyət və koordinasiyanın gücləndirilməsini, hadisələrə çevik reaksiya verilməsini və cinayətlərin açılması prosesinin artırılmasını təmin edəcək. Eyni zamanda, bu nəqliyyat vasitələrinə xüsusi işıq və səs siqnallarından istifadə hüququnun verilməsi onların yol hərəkətində üstünlüyünü təmin etməklə ictimai təhlükəsizliyin daha etibarlı qorunmasına xidmət edəcək.

I sinif üzrə prioritet məktəblərdə boş qalan yerlərə qəbul başlayır.
Bu gündən Türkmənistanda Azərbaycan Mədəniyyəti Günləri başlayır.
Bu günün valyuta məzənnələri.
Qızıl və gümüş yenidən ucuzlaşıb.
Aİ-nin genişlənməsi üçün yeni plan
Turaldan cəriməyə etiraz: "Maşını xətkeşlə sürmək lazımdır?"
Təzyiq düşəndə bədən nə hiss edir?
Beyninizi arada “söndürün” – Çox fikir edənin ömrü qısalır
Yaşıl çay sevənlərə ŞAD XƏBƏR
Tramp Xamenei ilə görüşməyə hazır olduğunu bildirib
Trampdan İrana sərt mesaj
Şevtsovdan İrəvana xəbərdarlıq: Ukraynanın taleyini yaşamayın”.