Xəzər dənizi yaxın gələcəkdə yox olmayacaq və onun suyunun səviyyəsi isə illər ərzində azaldıqdan sonra tarazlıq vəziyyətinə çatıb.
AvroMedia.Az xəbər verir ki, bu fikirləri Rusiya Elmlər Akademiyasının Su Problemləri İnstitutunun baş elmi işçisi Mixail Bolqov "RİA Novosti" agentliyinə səsləndirib.
Onun sözlərinə görə, suyun səviyyəsinin yaxın illərdə sabitləşməsi gözlənilir. O qeyd edib ki, təxminən 20 illik azalmadan sonra səviyyə müəyyən bir tarazlıq dəyərinə çatıb və hazırda geniş diapazonda dəyişə bilər, lakin kəskin, xüsusən də onlarla metr azalma gözlənilmir.
Qeyd edildiyi kimi, Xəzər dənizinin səviyyəsi 1990-cı illərin ortalarından bəri azalır. 2025-ci ildə Xəzərin səviyyəsi tarixi minimuma - mənfi 29 metrdən aşağı səviyyəyə çatıb.

Bu il doğulan körpə sayı azalıb
Bu qidalanma vərdişləri xərçəng riskini artırır
Bu günün valyuta məzənnələri
Qızıl və gümüş bahalaşıb
Hava proqnozları psixologiyamıza necə təsir edir?
Kompüter qarşısında çalışanların göz ağrısına çarə
Qocalmanı ləngidən giləmeyvə