Azərbaycanın bəzi rayonlarının bir sıra kəndlərində su təchizatı şəbəkəsinin layihə-smeta sənədləri hazırlanacaq.
AvroMedia.Az xəbər verir ki, artıq bununla bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyindəki Regional Su Meliorasiya Xidməti hazırlıqlara başlayıb.
Məlumata əsasən, layihə-smeta sənədləri hazırlanacaq su təchizatı şəbəkələri Masallı, Ağstafa, Göyçay, Hacıqabul, Saatlı, Şamaxı, Tovuz, Naftalan, Xızı, Bərdə, Şabran, Siyəzən, Tərtər, Ağstafa, Hacıqabul, İmişli, Yevlax, Ucar, Sabirabad, Füzuli, Lerik, Qusar, Göygöl, İsmayıllı rayonlarının bəzi yaşayış məntəqələrini əhatə edəcək.AvroMedia.Az xəbər verir ki, artıq bununla bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyindəki Regional Su Meliorasiya Xidməti hazırlıqlara başlayıb.
Belə ki, siyahıya Masallının Şərəfə, Ağstafanın Köçvəlili, Göyçayın Müskürlü və II Ərəbcəbirli, Hacıqabulun Muğan, Saatlının Bəylər və Mollavazılı, Potubəyli, Əlisoltanlı, Şamaxının Mərzəndiyyə, Tovuzun Düzcırdaxan və Cəlilli, Naftalanın Qasımbəyli, Xızının Fındığan, Bərdənin Güloğlular, Şabranın Sincanboyad, Siyəzənin Tuğay, Tərtərin Poladlı əraziləri daxil edilib.
Eyni zamanda Ağstafanın Yenigün, Hacıqabulun I Udulu, Qubalı və II Udulu, l Paşalı və Şorbaçı, ll Paşalı, Tağlı, İmişlinin Məzrəli, Yevlaxın Salahlı, Ucarın Alpoud, Sabirabadın Cavad, Füzulinin Araz Dilağarda və Qarabağ, Lerikin Cəngəmiran, Qusarın Aşağı Ləyə, Göygölün Mollacəlil, İsmayıllının Qəzli ərazilərinin də su təchizatı şəbəkəsinin layihə-smeta sənədləri hazırlanacaq.
Layihə-smeta sənədlərinin hazırlanmasına ümumilikdə 1,242 milyon manat vəsaitin sərf olunacağı proqnozlaşdırılıb.

Bu il doğulan körpə sayı azalıb
Bu qidalanma vərdişləri xərçəng riskini artırır
Bu günün valyuta məzənnələri
Qızıl və gümüş bahalaşıb
Hava proqnozları psixologiyamıza necə təsir edir?
Kompüter qarşısında çalışanların göz ağrısına çarə
Qocalmanı ləngidən giləmeyvə