Minatəmizləmə zamanı həlak olanların övladlarının təhsil haqqı dövlət büdcəsindən ödəniləcək.
AvroMedia.Az xəbər verir ki, bu, Milli Məclisin Elm və Təhsil komitəsinin iclasında müzakirəyə çıxarılan “Təhsil haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Belə ki, minatəmizləmə fəaliyyəti həyata keçirən zaman həlak olmuş minatəmizləyənlərin övladlarının mülkiyyət formasından asılı olmayaraq Azərbaycan Respublikasının təhsil müəssisələrində ödənişli əsaslarla təhsil (əlavə təhsil istisna olmaqla) aldıqları müddətdə təhsil haqqını dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək.
Bu Qanun layihəsinin keçid müddəalarına əsasən, 2026-cı il sentyabrın 15-dən tətbiq edilməsi nəzərdə tutulan dəyişikliklər bu Qanun qüvvəyə mindiyi tarixədək minatəmizləmə fəaliyyətini həyata keçirən zaman həlak olan və ya bu zaman aldığı xəsarətdən həyatını itirən minatəmizləyənlərin övladlarına da (ən çoxu 23 yaşına çatanadək) şamil olunur.

I sinif üzrə prioritet məktəblərdə boş qalan yerlərə qəbul başlayır.
Bu gündən Türkmənistanda Azərbaycan Mədəniyyəti Günləri başlayır.
Bu günün valyuta məzənnələri.
Qızıl və gümüş yenidən ucuzlaşıb.
Aİ-nin genişlənməsi üçün yeni plan
Turaldan cəriməyə etiraz: "Maşını xətkeşlə sürmək lazımdır?"
Təzyiq düşəndə bədən nə hiss edir?
Beyninizi arada “söndürün” – Çox fikir edənin ömrü qısalır
Yaşıl çay sevənlərə ŞAD XƏBƏR
Tramp Xamenei ilə görüşməyə hazır olduğunu bildirib
Trampdan İrana sərt mesaj
Şevtsovdan İrəvana xəbərdarlıq: Ukraynanın taleyini yaşamayın”.