Azərbaycanın bəzi rayonlarının bir sıra kəndlərində su təchizatı şəbəkəsinin layihə-smeta sənədləri hazırlanacaq.
AvroMedia.Az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyindəki Regional Su Meliorasiya Xidməti hazırlıqlara başlayıb.
Qeyd edilib ki, su təchizatı şəbəkələri Ağstafa, Hacıqabul, İmişli, Yevlax, Ucar, Sabirabad, Füzuli, Lerik, Qusar, Göygöl, İsmayıllı rayonlarının bəzi yaşayış məntəqələrini əhatə edəcək.
Belə ki, siyahıya Ağstafanın Yenigün, Hacıqabulun I Udullu, Qubalı, II Udullu, l Paşalı, Şorbaçı, ll Paşalı və Tağlı, İmişlinin Məzrəli, Yevlaxın Salahlı, Ucarın Alpout, Sabirabadın Cavad, Füzulinin Araz Dilağarda və Qarabağ Lerikin Cəngəmiran, Qusarın Aşağı Ləyər, Göygölün Mollacəlil və İsmayıllının Qəzli kəndləri daxil edilib.

Bu il doğulan körpə sayı azalıb
Bu qidalanma vərdişləri xərçəng riskini artırır
Bu günün valyuta məzənnələri
Qızıl və gümüş bahalaşıb
Hava proqnozları psixologiyamıza necə təsir edir?
Kompüter qarşısında çalışanların göz ağrısına çarə
Qocalmanı ləngidən giləmeyvə