Dənizkənarı Milli Park ərazisində yerləşən “Saat qülləsi”ndə Azərbaycanın Milli Etalon Vaxtı – UTC (AZ) əks olunur.
AvroMedia.Az APA-yastinadla xəbər verir ki, bu barədə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi məlumat yayıb.
Qüllənin yaxınlığında ziyarətçilərin maarifləndirilməsi məqsədilə məlumatlandırıcı stend də quraşdırılıb.
“Saat qülləsi”ndə UTC (AZ)-ın göstərilməsi ölkədə beynəlxalq səviyyədə təsdiqlənmiş dəqiq vaxtın nümayişi ilə yanaşı, vətəndaşların saatlarını tənzimləyə bilməsi məqsədini daşıyır.
Milli Etalon Vaxtı - UTC (AZ) Çəkilər və Ölçülər üzrə Beynəlxalq Büro (Bureau International des Poids et Mesures - BIPM) tərəfindən 2025-ci ilin noyabr ayında təsdiq olunub, ölkədə vahid və etibarlı vaxt infrastrukturunun formalaşdırılması baxımından mühüm əhəmiyyətə malikdir.

Bu il doğulan körpə sayı azalıb
Bu qidalanma vərdişləri xərçəng riskini artırır
Bu günün valyuta məzənnələri
Qızıl və gümüş bahalaşıb
Hava proqnozları psixologiyamıza necə təsir edir?
Kompüter qarşısında çalışanların göz ağrısına çarə
Qocalmanı ləngidən giləmeyvə