“Su təsərrüfatına rəhbərlik edən rəsmi şəxsin açıqladığı məlumata görə, son 35 ildə Bakı və Abşeron yarımadasında məskunlaşma ərazilərinin həcmi 2,6 dəfə, əhalinin sayı 2,1 dəfə artıb”.
AvroMedia.Az xəbər verir ki, bunu tanınmış iqtisadçı Rövşən Ağayev bildirib. O qeyd edib ki, hazırda Abşeron yarımadasında yaşayan əhali 4.5 milyon nəfərdir:
“Deməli, rəsmi statistikaya görə, 1990-cı ildə bu paytaxt da daxil Abşeron yarımadasında 2,2 milyon nəfər yaşayıb.
Həmin dövrdə indikindən fərqli olaraq qeyri-rəsmi daxili miqrasiya olmadığı üçün rəqəmlər kifayət qədər realdır.Hazırda isə rəsmi statistika bu rəqəmi 3,2 milyon nəfər göstərir, yəni 45% artım.
Halbuki rəsmi şəxsin dediyi 2,1 dəfə artım yaşayanlaırn real sayının 4,5 milyon nəfər olduğunu göstərir.
Başqa sözlə, rəsmi statistikada daxili miqrasiyanın uçotunun olmaması səbəbindən paytaxt və ətraf ərazilərin real yüklənmə səviyyəsi bilinmir.
Bu cür yalan-palan statistika ilə hansı effektiv şəhər, eləcə də bölgə inkişaf planlanması aparıla bilər?”

Turaldan cəriməyə etiraz: "Maşını xətkeşlə sürmək lazımdır?"
Təzyiq düşəndə bədən nə hiss edir?
Beyninizi arada “söndürün” – Çox fikir edənin ömrü qısalır
Yaşıl çay sevənlərə ŞAD XƏBƏR
Tramp Xamenei ilə görüşməyə hazır olduğunu bildirib
Trampdan İrana sərt mesaj
Şevtsovdan İrəvana xəbərdarlıq: Ukraynanın taleyini yaşamayın”.
Azərbaycan Avropanın ƏN GÜCLÜSÜ OLDU
Pensiyaya çıxan vətəndaşlarla bağlı vacib açıqlama.
Zelenski Putinə açıq məktub ünvanladı.