Martda olduğu kimi, mayda da Azərbaycanda qeyri-iş günlərinin sayı çoxdur.
AvroMedia.Az 2026-cı ilin iş vaxtı norması və istehsalat təqviminə əsasən xəbər verir ki, 9 May - Faşizm üzərində Qələbə Günü, 27, 28 may tarixləri Qurban bayramı, 28 May Müstəqillik Günüdür.
Belə ki, 9 May - Faşizm üzərində Qələbə Günü şənbə gününə təsadüf etdiyindən, bazar ertəsi – 11 may da qeyri-iş günü olacaq. Beləliklə, ardıcıl 3 gün – 9, 10, 11 may tarixləri istirahət günləridir.Maraqlıdır ki, martda olduğu kimi, mayda da iki bayram - Qurban bayramı və Müstəqillik günləri üst-üstə düşəcək. Əmək Məcəlləsinə əsasən, bayram günlərinin eyni tarixə təsadüf etməsi səbəbindən mayın 29-u da qeyri-iş günü olacaq. Bununla da, 27, 28, 29 may, həmçinin həftəsonu - 30, 31 may tarixləri qeyri-iş günü olacaq.
Ümumilikdə isə mayda şənbə-bazar da daxil 14 gün iş olmayacaq.
Azərbaycanda iyunun 1-i növbəti iş günüdür.

Bu il doğulan körpə sayı azalıb
Bu qidalanma vərdişləri xərçəng riskini artırır
Bu günün valyuta məzənnələri
Qızıl və gümüş bahalaşıb
Hava proqnozları psixologiyamıza necə təsir edir?
Kompüter qarşısında çalışanların göz ağrısına çarə
Qocalmanı ləngidən giləmeyvə