Bu ilin yanvar ayında Çindən Azərbaycana 29,083 milyon ABŞ dolları dəyərində 105 ədəd yalnız elektrik mühərriklə hərəkətə gətirilən avtobuslar idxal edilib.
AvroMedia.Az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Bir avtobusun dəyəri təqribən 277 min manat təşkil edib.Ümumən bu ilin yanvar ayında Azərbaycana 176,5 milyon ABŞ dolları dəyərində 7 591 ədəd avtomobil idxal edilib. Avtomobil idxalı ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsi ilə 72 ədəd və ya 0,9% azalıb, dəyər ifadəsi ilə 37,5 milyon ABŞ dolları, yaxud da 27% artıb.
Dövr ərzində ölkəyə 36,8 milyon ABŞ dolları dəyərində 189 ədəd sürücü daxil olmaqla, 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş mühərrikli nəqliyyat vasitələri, 125,7 milyon ABŞ dolları dəyərində 6 774 ədəd əsasən adam daşımaq üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər mühərrikli nəqliyyat vasitələri idxal edilib.

Bu il doğulan körpə sayı azalıb
Bu qidalanma vərdişləri xərçəng riskini artırır
Bu günün valyuta məzənnələri
Qızıl və gümüş bahalaşıb
Hava proqnozları psixologiyamıza necə təsir edir?
Kompüter qarşısında çalışanların göz ağrısına çarə
Qocalmanı ləngidən giləmeyvə