Kürdəmirdə magistral su xətti partlayıb, rayon mərkəzi 20 mindən artıq abonent susuz qalıb.
AvroMedia.Az xəbər veirr ki, qəza Külüllü-Kürdəmir magistral su xəttinin 32-ci km-dəki hissəsində - rayonun Qaraqocalı kəndi ərazisində qeydə alınıb.
Diametri 55 mm olan su borusunun partlaması nəticəsində ətrafdakı həyətyanı sahələri su basıb və sakinlərə xeyli maddi ziyan dəyib. Hadisə yerinə aidiyyəti qurumun canlı qüvvəsi və texnikası cəlb olunub. Qəzanın aradan qaldırılması istiqamətində zəruri tədbirlər həyata keçirilir.
Qeyd edək ki, Külüllü-Kürdəmir magistral su xətti 2013-cü ildə dövlət vəsaiti hesabına inşa olunub və rayonun ümumilikdə 21 min sakinini içməli su ilə təmin edir.

Bu il doğulan körpə sayı azalıb
Bu qidalanma vərdişləri xərçəng riskini artırır
Bu günün valyuta məzənnələri
Qızıl və gümüş bahalaşıb
Hava proqnozları psixologiyamıza necə təsir edir?
Kompüter qarşısında çalışanların göz ağrısına çarə
Qocalmanı ləngidən giləmeyvə