Ramazan ayının başa çatması ilə orqanizmin adi qidalanma rejiminə keçidi diqqətlə tənzimlənməlidir.
AvroMedia.az xəbər verir ki, mütəxəssislər bildiriblər ki, uzun müddət oruc tutduqdan sonra birdən-birə ağır və yağlı qidalara üstünlük vermək həzm problemlərinə səbəb ola bilər.
Qeyd olunur ki, ilk günlərdə qidalanma yüngül və balanslı olmalıdır. Səhər yeməyində zülal və liflə zəngin qidalara yumurta, süd məhsulları, tərəvəz və tam taxıllara üstünlük verilməsi tövsiyə edilir.
Bu gün ərzində isə az-az, lakin tez-tez qidalanmaq orqanizmin uyğunlaşmasını asanlaşdırır.
Həkimlər bildiriblər ki, qızardılmış və həddindən artıq şirin qidalardan uzaq durmaq vacibdir. Bunun əvəzinə qaynadılmış və ya buğda hazırlanmış yeməklər seçilməlidir. Eyni zamanda, su balansının bərpası üçün gün ərzində kifayət qədər maye qəbul etmək tövsiyə olunur.
Mütəxəssislərin sözlərinə görə, meyvə və tərəvəzlərin gündəlik rasionda artırılması, həmçinin fiziki aktivliyin tədricən bərpası sağlamlığın qorunmasına kömək edir.
Qidalanma rejiminə düzgün keçid orqanizmin yorğunluğunu azaltmaqla yanaşı, həzm sisteminin normal fəaliyyətini dəstəkləyir.Milli.az

Azərbaycan Avropanın ƏN GÜCLÜSÜ OLDU
Pensiyaya çıxan vətəndaşlarla bağlı vacib açıqlama.
Zelenski Putinə açıq məktub ünvanladı.
Sabah bu ərazilərdə qaz kəsiləcək.
10 gündən sonra bu şəxslər işsiz qalacaq.
İsrail və Livan arasında atəşkəsi rədd etdi.
Evlənmək üçün ən bahalı ölkələrin siyahısı - Azərbaycanın sıradakı yeri
Həzmi dəstəkləyən təbii qida.
Dünyada əhalisi ən çox çay içən ölkələr açıqlandı
Avtobus və metrodan istifadə edənlərə ŞAD XƏBƏR
Ağırlıq qaldırmaq ömrü uzadırmı?