Paytaxtın mənzil bazarında qiymətlərin artım dinamikası sürətlə davam edir. Xüsusən mərkəz əraziləri təşkil edən Səbail, Nəsimi və Nərimanov kimi rayonlarda daşınmaz əmlak qiymətləri əl yandırır.
AvroMedia.Az xəbər verir ki, hazırda elan saytlarında təklif olunan ən bahalı mənzil paytaxtın Nəsimi rayonu, Mirəli Qaşqay küçəsində yerləşir. Sözügedən əmlak nə az nə çox, 7 milyon 300 min manata satışa çıxarılıb.
Qiyməti “dodaq uçuqladan” mənzilin ümumi sahəsi 187 kvadratmetr, otaq sayı isə 4-dür. 18 mərtəbəli binanın 4-cü mərtəbəsində yerləşən bu evin əsas üstünlükləri isə 24/7 mühafizə və lazımi infrastruktur obyektlərinə yaxın olmasıdır.

Bu il doğulan körpə sayı azalıb
Bu qidalanma vərdişləri xərçəng riskini artırır
Bu günün valyuta məzənnələri
Qızıl və gümüş bahalaşıb
Hava proqnozları psixologiyamıza necə təsir edir?
Kompüter qarşısında çalışanların göz ağrısına çarə
Qocalmanı ləngidən giləmeyvə