Şəhid ailələri və Qarabağ əlillərinə bayram sovqatı paylanılıb Azərbaycan cəmiyyətində şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən diqqət və qayğı hər zaman xüsusi önəm daşıyır. Bu istiqamətdə həyata keçirilən sosial təşəbbüslərdən biri də Sabunçu rayonunda baş tutub. “Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin Sabunçu rayon filialının sədri Tağıyev Çingiz, filial sədrinin müavinləri İskəndərov Arif və Cəfərova Xalidə müqəddəs Ramazan bayramı və milli-mənəvi dəyərlərimizi özündə birləşdirən Novruz bayramı münasibətilə bir sıra şəhid ailələrini və Qarabağ əlillərini ziyarət ediblər. Ziyarət çərçivəsində ehtiyacı olan ailələrə bayram sovqatları təqdim olunub, onların qayğı və problemləri ilə yaxından maraqlanılıb. Təşkilat nümayəndələri bildiriblər ki, bu cür aksiyaların keçirilməsi yalnız bayram günləri ilə məhdudlaşmır, şəhid ailələri və qazilərlə davamlı əlaqə saxlanılır və onlara dəstək göstərilir. Qeyd olunub ki, xalqımızın azadlığı və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin ailələri və sağlamlığını itirmiş qazilər hər zaman diqqət mərkəzində saxlanmalıdır. Bu, həm dövlətin, həm də cəmiyyətin mənəvi borcudur. Sonda təşkilat tərəfindən bütün Azərbaycan xalqı Ramazan və Novruz bayramları münasibətilə təbrik olunub, hər kəsə can sağlığı, firavanlıq və əmin-amanlıq arzulanıb.


Azərbaycan Avropanın ƏN GÜCLÜSÜ OLDU
Pensiyaya çıxan vətəndaşlarla bağlı vacib açıqlama.
Zelenski Putinə açıq məktub ünvanladı.
Sabah bu ərazilərdə qaz kəsiləcək.
10 gündən sonra bu şəxslər işsiz qalacaq.
İsrail və Livan arasında atəşkəsi rədd etdi.
Evlənmək üçün ən bahalı ölkələrin siyahısı - Azərbaycanın sıradakı yeri
Həzmi dəstəkləyən təbii qida.
Dünyada əhalisi ən çox çay içən ölkələr açıqlandı
Avtobus və metrodan istifadə edənlərə ŞAD XƏBƏR
Ağırlıq qaldırmaq ömrü uzadırmı?