ABŞ Prezidenti Donald Tramp NATO-nun 36-cı Dövlət və Hökumət Başçıları Zirvə Görüşündə iştirak etmək üçün Türkiyəyə yola düşüb.
AvroMedia.Az xəbər verir ki, Tramp Merilend ştatındakı Endryus Birləşmiş Hərbi Hava Bazasından “Air Force One” təyyarəsi ilə Ankaraya yola çıxıb.
NATO-nun iki gün davam edəcək sammitində alyansın 32 üzv ölkəsinin lideri bir araya gələcək.
ABŞ Prezidentinin proqramına Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ikitərəfli görüş də daxildir. Beştəpədə keçirilməsi planlaşdırılan görüşdə Türkiyə-ABŞ münasibətləri, regional və beynəlxalq məsələlər, eləcə də, iki ölkə arasında əməkdaşlığın gündəmdə olan mövzularının müzakirə ediləcəyi gözlənilir.
Türkiyə Prezident Administrasiyasının Kommunikasiya direktoru Burhanəddin Duran bildirib ki, Ərdoğan və Tramp görüş zamanı iki ölkə arasındakı münasibətləri bütün istiqamətlər üzrə nəzərdən keçirəcəklər.
NATO sammiti çərçivəsində Trampın digər müttəfiq ölkələrin liderləri ilə də bir sıra ikitərəfli görüşlər keçirməsi planlaşdırılır.

Hörmüz boğazında yalnız bu ölkələrə güzəşt tətbiq olunacaq
Azərbaycan Sinqapur vətəndaşları üçün vizasız rejim tətbiq edir
Azərbaycan "Metrik Konvensiya"ya qoşuldu
Tramp Türkiyədə
Azərbaycanda buna görə yeni cərimələr tətbiq olunacaq
Xocavəndə növbəti köç yola salındı
Parlament işçilərlə bağlı yeni qaydaları ilk oxunuşda təsdiqlədi
Venesuela zəlzələlərində ölənlərin sayı artdı
Müəllimlərin geyimi ilə bağlı layihə III oxunuşdan keçdi