Pilotsuz uçuş aparatının QƏHRƏMANI-Nəcəf Nəcəfov-FOTO-VİDEO
Tarix: 16-06-2022, 15:42
Baxılıb: 2 174
Google+ Paylaş
Tumblr Paylaş

Pilotsuz uçuş aparatının QƏHRƏMANI-Nəcəf Nəcəfov-FOTO-VİDEO

16-06-2022, 15:42

Zəfər Müharibəsində adını şanlı tariximizə qızıl hərflərlə yazan minlərlə igidlərimizdən biri, qəhrəman döyüşçümüz baş leytenant Nəcəf Nəcəfovu tanıyaq. 
Nəcəf Arazi oğlu Nəcəfov 1995-ci il yanvarın 20 də Şərur rayonunun Çərçiboğan kəndində doğulmuşdur.
Orta təhsilini Çərçiboğan kəndində başa vuran Nəcəf kiçik yaşdan bəri arzusunda olduğu hərbi litseyə qəbul olur litseyi bitirdikdən sonra Heydər Əliyev adına Ali Hərbi Akademiyasında aviasiya bölümündə pilotsuz uçuş aparatının öyrənilməsi və idarə olunası üzrə təhsilini uğurla davam etdirir. Onun peşəkarlığı qabiliyyəti, yüksək biliyi Ali Hərbi Akademiyada rəhbərlik tərəfindən tez bir vaxtda qiymətləndirilir Komandanlıq Nəcəfi qardaş Türkiyə Hərbi Akademiyasının PUA üzrə xüsusi təlim bölməsinə göndərir. Gənc komandir artıq burada hər kəs arasında xüsusi fərqlənən xüsusi bacarıqlı hərbçi kimi tanınırdı.Səlcuq Bayraqdarın da rəhbərliyi ilə keçirilən bütün seminarlarda, təlimlərdə fəallığı ilə seçilən Komandir Nəcəfov təhsilini bitirdikdən sonra Türkiyədən ölkəmizə qayıdır Komandanlıq tərəfindən bölgələrimizin birində hərbi aviasiyanın Pilotsuz uçuş aparatının idarəsi üzrə komandir təyin edilir. Zəfər müharibəsinin ilk günündən minlərlə qəhrəman döyüşçülərimiz kimi Nəcəfin də ürəyi qisas alovu ilə yanırdı, bütün bilik və bacarıqlarının bu gün üçün öyrəndiyini düşünür, idarə etdiyi müasir döyüş taktikalarında bunu peşəkarlıqla sübut edirdi. Düşmənin ən gizli hədəfləri belə aydın şəkildə aşkarlanır nə olduğunu anlamayan düşmən bölükləri, hərbi texnikalar ağır artilleriya qurğuları yüksək dəqiqliklə aşkar olunub məhv edilirdi. Dünya hərb tarixində bir ilk yaşanırdı düşmən keçirdiyi dərin sarsıntıdan özünə gələ bilmir, düşmən bölükləri heç vaxt irəli baxmır hamısı qorxu ilə səmaya boylanır qorxunc ölümün nə vaxt başlarına ələnəcəyini tir-tir əsərək gözləyirdilər. Artıq düşmən ordusu arasında vahimə yaranmışdı. Əmrə tabe olmayan düşmən hərbiçilərin sayı minlərlə idi, düşmən əsgərləri canlarını qurtarmaq üçün geriyə baxmadan qaçırdı, atalarının əmilərinin dayılarının etdikləri vəhşiliklərin, işğalların qətllərin talanların hesabını vermədən qaçıb canlarını qurtara bilmədi düşmən orduları, biabırçılıqla məğlub oldu işğalçı Ermənistan.
Komandir Nəcəfov bu müqəddəs savaşda xüsusilə seçildi. Komandanlıq tərəfindən medallarla mükafatlandlrıldı. Şanlı komandirimiz bu gün də, ordumuzda peşəkar hərbçilərin hazırlanmasında iştirak edir. Hərbi xidmətini uğurla davam etdirir.
Sənan QACAR




скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ