Bakı-Sumqayıt yolundakı beton sədlər götürülür - Səbəb nədir? - VİDEO
Tarix: 5-05-2020, 22:03
Baxılıb: 1 205
Google+ Paylaş
Tumblr Paylaş

Bakı-Sumqayıt yolundakı beton sədlər götürülür - Səbəb nədir? - VİDEO

5-05-2020, 22:03

Bir müddət əvvəl Bakı-Sumqayıt yolunun hərəkət hissəsinə qoyulmuş beton sədlər götürülür.
Avromedia.az-ın məlumatına görə, səhər saatlarından başlayaraq Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları bir neçə kranla həmin sədlərin götürülməsi işlərini icra ediblər.
Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib ki, beton arakəsmələr avtomobillərin hərəkət istiqamətini müəyyən etmək üçün qoyulmuşdu. Amma effektli olmadığından götürülməsinə qərar verilib. Yolun üzərindəki beton arakəsmələr götürüldükdən sonra həmin ərazidə hərəkət yol cizgi xətləri ilə nizamlanacaq.
Qeyd edək ki, yolda təmir-tikinti işləri də aparılır.
Anar Nəcəfli bildirib ki, yolda genişləndirmə işləri yekunlaşıb, həmin ərazilərə asfalt qatı vurulub. Bakı-Sumqayıt yolu üzərində işlər hazırda Xırdalan dairəsinin altındakı tuneldə görülür.
May ayının sonuna qədər yolun tam olaraq istifadəyə verilməsi planlaşdırılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ