Keçmiş icra başçısı sakinlərdən torpaqları necə alıb? - VİDEO
Tarix: 4-05-2020, 08:53
Baxılıb: 2 570
Google+ Paylaş
Tumblr Paylaş

Keçmiş icra başçısı sakinlərdən torpaqları necə alıb? - VİDEO

4-05-2020, 08:53

Onlar təzyiqlərə məruz qalıblar , torpaqları əllərindən alınıb. Biləsuvar sakinləri keçmiş icra başçısı tərəfindən torpaqlarının əllərindən necə alındığı barədə danışıblar. Məlumata görə , sakinlər müxtəlif yollarla məcbur edilib ki, öz torpaqlarından imtina etsinlər.
Biləsuvar sakinləri həbs edilən keçmiş icra başçısı Mahir Quliyev tərəfindən necə aldadıldıqları barədə danışıblar.
Beş ildir torpağını əkib-becərə bilmədiyini söyləyən Biləsuvarın Çaylı kəndinin sakini Vaqif Abışov deyib ki, 50 hektar torpaq sahəsini 25 illik müqavilə əsasında 1998-ci ildə alıb. Həmin ildən də 12 ailə burada əkin-biçinlə məşğul olub. Lakin 2012-ci ildən torpaq üstündə mübahisələr baş qaldırıb. Bir müddət sonra ona təzyiqlər göstərilərək hədələnib.. Beləliklə, uzun çəkişmələrdən sonra torpaq qanunsuz olaraq başqa şəxslərin adlarına sənədləşdirilib.
Bu barədə dəfələrlə yerli icra orqanlarına müraciət etdiyini deyən kənd sakini hər hansı müsbət cavab ala bilmədiyini vurğulayıb. Hazırda həmin torpaq sahəsində taxıl əkilib.Keçmiş İcra başçısının özbaşınalığından şikayət edən digər sakin Hilal Mirzəzadədir.
Onlar Rayon icra hakimiyyətinin keçmiş başçısı Mahir Quliyevin qanunazidd əməlləri ifşa olunduqdan sonra dövlət başçısına müraciət ediblər.
Xatırladaq ki, mayın 1-də Prezident İlham Əliyev yeni təyin olunan Baş prokuror Kamran Əliyevi videoformatda qəbul edərkən yerlərdə məmur özbaşınalığından söz açaraq bu məsələyə də toxunmuşdu
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ