Bakıda istilik problemi olan nə qədər məktəb var?
Tarix: 25-11-2021, 16:33
Baxılıb: 1 045
Google+ Paylaş
Tumblr Paylaş

Bakıda istilik problemi olan nə qədər məktəb var?

25-11-2021, 16:33

Bakıda istilik sistemi problemi olan məktəblərin sayı açıqlanıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva jurnalistlərə açıqlamasında qurumun tabeliyindəki bəzi məktəblərdə problemlərin olduğunu xatırladıb.

Onun sözlərinə görə, hazırda 15-ə yaxın məktəbdə istilik yoxdur: "Bu problemlərin həlli istiqamətdə mütəmadi addımlar atılır. Bir müddət əvvəl istiliklə bağlı ajiotaj var idisə, artıq onlar yavaş-yavaş səngiyir".

M.Vəliyeva eyni zamanda bir müddət əvvəl güclü külək nəticəsində problem yaranan məktəblərlə bağlı məsələyə də aydınlıq gətirib: "Problemlər mütəmadi şəkildə olur, amma həll olunması üçün addımlar atılır".

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ