İmtahanların idarə olunması prosesində yenilik
Tarix: 8-10-2021, 19:51
Baxılıb: 4 015
Google+ Paylaş
Tumblr Paylaş

İmtahanların idarə olunması prosesində yenilik

8-10-2021, 19:51

Məlum olduğu kimi, Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən imtahanların təşkili və idarə olunması prosesinə ümumi imtahan rəhbəri, imtahan rəhbəri, nəzarətçi-müəllim, mühafizə əməkdaşı və s. qismində müxtəlif qurumlarda çalışan xeyli sayda əməkdaş cəlb olunur.

Bu barədə DİM-dən məlumat verilib.

Bildirilib ki, koronavirus xəstəliyinin yayılması əleyhinə həyata keçirilən tədbirlərə uyğun olaraq Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən imtahanların idarə olunmasına COVİD-19 pasportu olan şəxslər cəlb olunacaqlar.

Dövlət İmtahan Mərkəzinin məlumat bazasında olan və müxtəlif təyinatlı imtahanlara cəlb olunan şəxslərin müvafiq pasportunun olması əvvəlcədən yoxlanılacaq və imtahanlara peyvənd (hər iki doza) və ya immunitet sertifikatı olan şəxslər dəvət olunacaqlar.

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ