Prezident Şuşada yeni məktəbin tikintisi ilə bağlı sərəncam imzaladı
Tarix: 8-05-2021, 18:18
Baxılıb: 3 279
Google+ Paylaş
Tumblr Paylaş

Prezident Şuşada yeni məktəbin tikintisi ilə bağlı sərəncam imzaladı

8-05-2021, 18:18

Azərbaycan Prezidenti İlham Əliyev Şuşa şəhərində yeni ümumtəhsil məktəbinin tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Avromedia.az xəbər verir ki, sərəncama əsasən, Şuşa şəhər 1 nömrəli 960 şagird yerlik tam orta məktəbin layihələndirilməsi və tikintisi məqsədilə Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ilkin olaraq 3,0 (üç) milyon manat vəsait ayrılıb.
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməlidir.
Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ