Əli Həsənovdan vəzifədən çıxarılandan sonra ilk açıqlama
Tarix: 29-11-2019, 22:57
Baxılıb: 1 114
Google+ Paylaş
Tumblr Paylaş

Əli Həsənovdan vəzifədən çıxarılandan sonra ilk açıqlama

29-11-2019, 22:57

Prezidentin sabiq köməkçisi Əli Həsənov bundan sonra hansı işlə məşğul olacağını açıqlayıb.
Avromedia.az xəbər verir ki, bu barədə Ə.Həsənov sosial şəbəkə hesabından məlumat paylaşıb. Prezidentin sabiq köməkçisi bildirib ki, artıq bugündən etibarən Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri deyil, bundan sonra öz fəaliyyətini elmi yaradıcılıq istiqamətində davam etdirəcək.
Ə.Həsənov Heydər Əliyev siyasi kursuna daim sadiq olacağını, Prezident İlham Əliyevin apardığı islahatları dəstəklədiyini də bildirib.
Qeyd edək ki, bu gün Prezident İlham Əliyevin imzaladığı sərəncamla Əli Həsənov Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri vəzifəsindən azad edilib.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ