Azərbaycan hər bir dövlət üçün nümunə ola bilər - Kosaçev
Tarix: 23-11-2019, 22:17
Baxılıb: 1 045
Google+ Paylaş
Tumblr Paylaş

Azərbaycan hər bir dövlət üçün nümunə ola bilər - Kosaçev

23-11-2019, 22:17

Azərbaycan Rusiya ilə münasibətlərini maksimum dərəcədə inkişaf etdirmək niyyətindəki səmimiliyə şübhə etmək üçün heç vaxt heç bir əsas verməyib.
Avromedia.az xəbər verir ki, bu fikri Azərtac-a X Rusiya-Azərbaycan Regionlararası Forumunda iştirak edən RF Federasiya Şurasının beynəlxalq məsələlər Komitəsinin sədri Konstantin Kosaçev bildirib.
Komitə sədrinin fikrincə, əsas göstəricilərdən biri Azərbaycanda rus dilinə, rusdilli əhaliyə və ortaq keçmişə münasibətdir. O əlavə edib: “Bu mənada Azərbaycan postsovet məkanında hər bir dövlət üçün nümunə ola bilər. Bu, bütün digər sahələrdə irəliləmək üçün zəruri olan mənəvi və əxlaqi əsaslar yaradır”.
Rusiyalı senator qeyd edib ki, Rusiya ilə Azərbaycan arasında əmtəə dövriyyəsi hər il onlarla faiz artır. “Sosial və humanitar sahələrdə əməkdaşlıq inkişaf edir. Gənclər və tələbə mübadiləsi həyata keçirilir, Azərbaycanda Rusiyanın ali məktəblərinin filialları açılır. Bütün bunlar ölkələrimiz və xalqlarımız üçün zəruri olan uzunmüddətli əməkdaşlığın əsasını yaradır. Biz doğru yoldayıq və bu əməkdaşlığa regionlararası meyarları da əlavə etməyimiz onu göstərir ki, maraqlar qarşılıqlı, dayanıqlı, ciddi və uzunmüddətlidir”, -deyə K.Kosaçev sözlərinə yekun vurub.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ