Şahin Mustafayev erməni həmkarı ilə görüşdü
Tarix: 7-12-2022, 07:48
Baxılıb: 1 645
Google+ Paylaş
Tumblr Paylaş

Şahin Mustafayev erməni həmkarı ilə görüşdü

7-12-2022, 07:48

Dekabrın 6-da Moskvada Azərbaycan, Rusiya və Ermənistan baş nazirlərinin müavinləri - Şahin Mustafayev, Aleksey Overçuk və Mqer Qriqoryanın həmsədrliyi ilə üçtərəfli işçi qrupunun on birinci iclası keçirilib.

Tərəflər Azərbaycan və Ermənistan arasında münasibətlərin nizamlanmasında, eləcə də iki ölkə arasında iqtisadi və nəqliyyat əlaqələrinin açılması istiqamətində Rusiyanın müsbət rolunu vurğulayıblar.

İclas iştirakçıları Azərbaycan, Ermənistan və Rusiyanı, eləcə də regionu birləşdirən dəmir yolunun tikintisi, dəmir yolu rabitəsinin inkişafı və daşımaların təşkili ilə bağlı məsələləri müzakirə ediblər.

Tərəflərin hər üç ölkə liderləri tərəfindən imzalanmış regionda nəqliyyat və iqtisadi əlaqələrin açılmasına dair üçtərəfli bəyanatların icrası üzərində işi davam etdirəcəkləri bildirilib.

Azərbaycan və Ermənistan tərəfləri görüşün təşkilinə və yüksək səviyyədə qəbula görə Rusiya Federasiyasına minnətdarlıqlarını bildiriblər.

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ