Tarix: 6-12-2022, 15:37
Baxılıb: 1 754
Azərbaycana qarşı hər hansı bir təxribat...- Akardan XƏBƏRDARLIQ
6-12-2022, 15:37
Dostumuzu birlikdə dost görür, düşmənimizi yenə birlikdə düşmən bilirik.
Bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin ölkəmizdə keçirilən birgə hərbi təlimlərini izləyərkən deyib.
O bildirib ki, Türkiyə və Azərbaycana qarşı təxribatların haradan, kimdən gəlməsindən asılı olmayaraq, hər iki tərəfə istiqamətlənmiş kimi qəbul edilir:
“Buna heç kimin şübhəsi olmasın. Hər cür təhdid və təhlükəyə qarşı birlikdə (Azərbaycanla - red.) mübarizə aparacağıq”.
Nazir vurğulayıb ki, bütün dünya iki ölkənin qardaşlığını 30 il ərzində Ermənistanın işğalı altında olan torpaqların azad olunması zamanı gördü:
“Türkiyə və Azərbaycan iki qardaş ölkədir. 20 illik əzmkarlığın, qətiyyətin nəticəsində əldə edilən zəfər sayəsində regionda uzun illərdən sonra sabitlik təmin olundu”.
скачать dle 12.1