Əliyevdən kömək istəyən ermənilərə cinayət işi açıldı
Tarix: 12-08-2022, 17:24
Baxılıb: 1 057
Google+ Paylaş
Tumblr Paylaş

Əliyevdən kömək istəyən ermənilərə cinayət işi açıldı

12-08-2022, 17:24

Azərbaycan vətəndaşlığını almaq üçün Prezident İlham Əliyevə videomüraciət edən ermənilərə “vətənə xəyanət” və “casusluq” ittihamları ilə cinayət işi qaldırılıb.
Ermənistanın Baş Prokurorluğu Vahe Qambaryan və İşxan Verdyanın Azərbaycanın “casusu” olduğunu iddia edir.

Onlara qarşı “vətənə xəyanət” və “casusluq” ittihamları irəli sürsə də, hər iki şəxsin erməni işğalını tənqid etməsi və Azərbaycan vətəndaşlığını qəbul etmək istəyini açıq şəkildə bildirməsi onların “casus” yox, başqa ölkələrə qarşı ərazi iddiası siyasətindən bezən insanlar olduğunu sübut edir.

Qeyd edək ki, V.Qambaryan və İ.Verdyan Xankəndində Azərbaycan vətəndaşı kimi yaşamaq istədiklərini bildiriblər. İslamı qəbul edən erməni qadın Aqunik Abovyan isə Bakıya gəlmək, həyat yoldaşının və dostlarının vətənini görmək, mümkün olarsa, Şuşada məsciddə namaz qılmaq istədiyinə dair Azərbaycan Prezidentinə müraciət edib

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ